Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Azərbaycan futbolunun əfsanəsi

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

Bakı qərar gözləyirdi, Paşinyan təxirə saldı KONKRET

Bakı qərar gözləyirdi, Paşinyan təxirə saldı KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Ermənistan rəhbərliyi bir tərəfdən Azərbaycanla sülhü dəstəklədiyini deyir, digər tərəfdən isə ordunun silahlanması davam etdirilir.

Üstəlik, Ermənistan Baş naziri Nikol Paşinyan seçkilərdən sonra ondan gözlənilən əsas addımı –  Konstitusiyaya dəyişiklik edilməsini – həyata keçirməyə həvəsli görünmür. Bu isə iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü əsas tələbin qarşılanmaması deməkdir.

Bakı belə bir vəziyyətdə hansı addımı atacaq? Gözləmə mövqeyini qoruyacaq, yoxsa siyasi-diplomatik kanallarla Paşinyana təsir göstərməyə çalışacaq?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd bildirib ki, Ermənistan son vaxtlar ciddi şəkildə silahlanır:

“Azərbaycan mətbuatında bunu zaman-zaman qeyd edəndə elə bir təəssürat yaranırdı ki, guya bu, ciddi məsələ deyil. Lakin mayın 28-də keçirilən hərbi paraddan sonra aydın şəkildə gördük ki, Ermənistan təkcə Hindistan və Fransadan deyil, eyni zamanda Çindən və digər ölkələrdən də ən müasir silah və hərbi texnologiyalar əldə edib. Paralel olaraq, yerli istehsal dronlara da malikdir. Rəsmi İrəvan bir sıra sursatların ölkə daxilində istehsalı ilə bağlı razılaşmalar əldə edib. Bu istiqamətdə xüsusilə Fransa və Hindistanla əməkdaşlıq edilir. Nikol Paşinyan nə qədər sülhdən danışsa da, müharibə variantını tamamilə gündəmdən çıxarmayıb.

Azərbaycanda bir çoxları düşünürdü ki, Ermənistanda keçirilən seçkilərdən sonra Paşinyan yenidən hakimiyyətə gəlsə, dərhal sülh müqaviləsi imzalanacaq. Lakin nəzərə almaq lazımdır ki, seçkilərin nəticəsindən asılı olmayaraq, hakim partiya istədiyi qərarı parlamentdən keçirə bilməyəcək. Bu, Konstitusiyaya dəyişiklik məsələsinə də aiddir. Paşinyan bu prosesi təxirə saldığı üçün sülh müqaviləsinin imzalanması da gecikir”.

Ekspert qeyd edib ki, Azərbaycan bu məsələ ilə bağlı diplomatik təzyiqlər göstərməyə çalışacaq:

“Lakin rəsmi Bakı yaxşı anlayır ki, dünyada baş verən gərginliklər fonunda nə ABŞ, nə Rusiya, nə də digər böyük dövlətlər sülh müqaviləsinin imzalanmasına ciddi dəstək verəcəklər. Buna görə də Azərbaycan maksimum dərəcədə Ermənistanla münasibətləri sabit saxlamağa çalışır və hazırda daha çox gözləmə mövqeyindən çıxış edir. Çünki indiki mərhələdə atıla biləcək alternativ addımların imkanları məhduddur.

Bəziləri Azərbaycanın hərbi əməliyyatlara başlayacağını, yaxud dəhlizin açılması istiqamətində addımlar atacağını hesab edə bilər. Ancaq nəzərə almaq lazımdır ki, belə addımların ölkə üçün ciddi nəticələr doğurması da mümkündür. Burada söhbət mümkün sanksiyalardan və Qərbin atacağı addımlardan gedir. Avropa İttifaqının mülki missiyası hələ də Ermənistan ərazisində fəaliyyət göstərir. Eyni zamanda Fransanın bu ölkədə ciddi təsir imkanları var. ABŞ ilə hərbi təlimlərin keçirilməsi məsələsi də gündəmdədir. Faktiki olaraq, indiki mərhələdə tərəflər masada olan sülh variantı ilə yanaşı, hərbi ssenarini də tamamilə istisna etmirlər. Məhz buna görə həm Azərbaycan, həm də Ermənistan silahlanmanı davam etdirir.

Əsas məsələlərdən biri də odur ki, tərəflərin hazırkı mərhələdə hərbi hazırlığını davam etdirməsində bir neçə dövlət maraqlıdır. Bunlara Rusiya, İran, Türkiyə və ABŞ daxildir. Vaşinqton regionda vəziyyətin genişmiqyaslı kataklizmə çevrilməsinin qarşısını almağa çalışır. Rusiya isə Cənubi Qafqazdakı mövqelərini itirmək istəmir və ümumilikdə Ermənistanı öz təsir dairəsində saxlamaqda maraqlıdır. Cənubi Qafqazın gələcək taleyi isə böyük ölçüdə beynəlxalq aləmdə baş verən geosiyasi proseslərdən asılıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 İyul 2026 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see531

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see359

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see281

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see271

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see269

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see255

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see245

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see229

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see226

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see223

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see222

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see217

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see216

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see209

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see208

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see206

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see203

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see198

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see196

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri