Bakı Qızlar Universitetinin bağlanması qəbul planlarına necə təsir edəcək?
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı Qızlar Universitetinin (BQU) fəaliyyətinin dayandırılması xeyli müzakirəyə, suallara səbəb oldu. Universitetin tələbələrinin digər ali təhsil müəssisələrinə ixtisaslarınına uyğun olaraq köçürülməsi nəzərdə tutulsa da, hər il universitetə ayrılan plan yerlərinin necə olacağı maraqlıdır. Universitet bağlandığı üçün bu il ora qəbul aparılmayacaq.
Ümumiyyətlə, hər hansı bir universitetin bağlanması ali təhsil müəssisələrinə qəbulda rəqabətliliyi artıracaq?
Bizim.Media mövzuyla əlaqədar təhsil eksperti Elmin Nurinin fikirlərini öyrənib. O, vurğulayıb ki, ixtisas seçimində iştirak edən abituriyentlərin seçim hüququ çox deyil:
"Ölkədəki 52 universitetin, 7-si xüsusi təyinatlıdır, 10-a yaxını bölgələrdə yerləşir, 11-i isə özəldir. Onlardan biri isə bağlandı. Bakı Qızlar Universitetinə hər il 500-600 plan yeri verilirdi. Ancaq universitet bağlandığı üçün plan yerləri də azalacaq".
Ekspert plan yerlərinin azalmaması üçün təklif irəli sürüb:
"Hər il BQU-ya verilən 500-600 plan yeri digər universitetlər arasında bölünməli, yerlər azalmamalıdır.
Bəs, bu olacaq?
Elmin Nuri universitetin fəaliyyətinin dayandırılmasıının tərəfdarı olmadığını bildirib:
"Ümumiyyətlə, hər hansı bir ali təhsil müəssisəsinin bağlanmasının əleyhinəyəm. Çünki ölkədə ali təhsil müəssisələrinin sayı onsuz azdır. Bəli, bizim özəl universitetlərimizin təcrübəsi o qədər də yoxdur. Ən böyük özəl universitetin hələ 35 yaşı var. Bakı Qızlar Universiteti tədris keyfiyyərinə görə geridə olsa da, ali təhsil seqmentinin bir subyekti idi. Başqa yol tapılmalı idi.
Akkreditasiyada ödənməyən şərtlərin aradan qaldırılmasıyla bağlı variatlar nəzərdən keçirilməli idi. Ümumiyyətlə, lisenziyadakı çatışmazlıqlarla bağlı başqa təkliflər paketi təqdim olundumu? Həmin paketin neçə faizi özünü doğrultdu? Bu gün tədris keyfiyyəti BQU qədər olan başqa universitetlər də var. Bəs onlar da bağlansa, necə olacaq? ", - deyə mütəxəssis fikirlərini bildirib.
Nəzrin Mirzəyeva, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 01 Avqust 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















