Bakı Quba yolunun yaxınlığındakı sahədə yanğın olub, bir nəfər xəsarət alıb
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədinə gedən avtomobil yolunun 28-ci kilometrliyində, hazırda fəaliyyətsiz olan və sahibi məlum olmayan sahədə yanğın qeydə alınıb.
APA-nın məlumatına görə, yanğın zamanı həmin ərazidə yerləşən bir ədəd mazutvuran nasos və təxminən 30 kvadratmetr sahədə mazut yanaraq məhv olub.
Hadisə baş verən vaxt ərazidə fəhlə kimi çalışan Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Əliyev Famil Qələmşah oğlu termik yanıq xəsarətləri alıb və dərhal xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Şabran rayonunda, Bakı Quba yolunun yaxınlığında güclü yanğın olub
03 Avqust 2025 23:02
Şabranda güclü yanğın Bakı Quba yolunun kənarı yanır
03 Avqust 2025 23:44
Bakı Quba yolunun bir hissəsi bağlandı
16 Aprel 2025 21:35
Bakı Quba yolunun bir hissəsi bağlanacaq
06 Mart 2025 13:02
Bakı Quba yolunda yanğın xəsarət alan var
05 İyun 2025 15:45
Baxış sayı:73
Bu xəbər 05 İyun 2025 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















