Icma.az
close
up
RU
Bakı Şamaxı Yevlax yolunda təmir və nişanlanma işlər nə vaxt aparılacaq?

Bakı Şamaxı Yevlax yolunda təmir və nişanlanma işlər nə vaxt aparılacaq?

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağsu, 22 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Respublika əhəmiyyətli Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu rayonundan keçən bəzi hissələrində hərəkət iştirakçıları çətinliklərlə üzləşirlər.

AZƏRTAC xəbər verir ki, buna ikizolaqlı yolun hərəkət hissəsində asfalt örtüyündə qabarmalar və çökmələrin əmələ gəlməsi, asfalt örtüyünün deformasiyaya uğraması səbəb olub ki, bu da sürücülərin narazılığına səbəb olur və yol hərəkətinin təhlükəsizliyinə təsir göstərir.

Yolda digər çətinliklərdən biri isə magistralın hərəkət hissəsində yol nişanlanma xətlərinin olmamasıdır. Bu hal xüsusilə gecə saatlarında və ya yağışlı hava şəraitində sürücülərin işini çətinləşdirir, hərəkətdə müəyyən risklər yaradır.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, sözügedən yolda yaxın günlərdə işlərə başlanılacaq, qabarmaların və çökmələrin müşahidə olunduğu ərazilərə texnika və canlı qüvvə cəlb olunacaq.

“Yol yatağında eroziyaya uğrayan torpaq kütləsi ərazidən kənarlaşdırılacaq, yeni material töküləcək, yol örtüyü frezlənəcək və əraziyə yeni asfalt qatı salınacaq. Bütün bu tədbirlərdən sonra həmin hissələrdə yaranan problemlər tam aradan qaldırılacaq”, - deyə Anar Nəcəfli bildirib.

Sözügedən yolda xətlənməyə gəldikdə isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, respublika ərazisində nişanlama xətlərinin çəkilməsi və yol nişanlarının quraşdırılması mərhələli şəkildə həyata keçirilir. Onun sözlərinə görə, həmin ərazidə də yaxın vaxtlarda bu istiqamətdə müvafiq işlər icra olunacaq.

Qeyd edək ki, Bakı–Şamaxı–Yevlax magistralı ölkənin əsas avtomobil yollarından biri olmaqla, həm regionlararası əlaqənin təmin edilməsində, həm də turizm marşrutlarının rahat istifadəsində mühüm əhəmiyyət kəsb edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Sentyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see308

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see193

Polşanın Brüsseldəki konsulluğuna boya atılıb

20 Dekabr 2025 15:22see164

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see157

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see150

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see149

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see146

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see145

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see144

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see142

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see139

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see131

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see130

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri