Icma.az
close
up
RU
Bakı Şəhər İcra Hakimiyyəti 1.8 milyonluq duz alıb

Bakı Şəhər İcra Hakimiyyəti 1.8 milyonluq duz alıb

Icma.az bildirir, Manset portalına istinadən.

Son günlər ölkədə müşahidə olunan qarlı və şaxtalı hava şəraiti paytaxtın küçə və prospektlərində nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaradıb.


Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, avtomobillərin hərəkətinin çətinləşməsindən sonra paytaxtın əsas yollarında sürət həddi endirilib. Eləcə də bütün tablolarda "buzlu yol” işarəsi qoyulub və sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilib. 

Şaxtalı hava şəraiti ilə əlaqədar olaraq hər bir istiqamətdə polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət davam etdirilib. Hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaşayış məntəqələrini birləşdirən magistrallarla yanaşı məhəlləarası yollarda da yaranan problemlərin aradan qaldırılması istiqamətində yerindəcə operativ tədbirlər görülüb. 

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) isə kommunal strukturların gücləndirilmiş iş rejimində fəaliyyət göstərdiyini, maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpildiyini və bu işlərə 100-ə yaxın xüsusi texnika və 2000-ə yaxın işçi qüvvəsinin cəlb edildiyini açıqlayıb. 

Son beş ildə BŞİH tərəfindən qış mövsümündə yollarda qarın-buzun əridilməsində istifadə üçün nəzərdə tutulan texniki duzdan nə qədər alındığını və buna nə qədər vəsaitin xərcləndiyini araşdırılıb. 

Məlum olub ki, son beş ildə BŞİH-in Mənzil Kommunal Təsərrüfat Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsi tərəfindən 15 000 tona yaxın texniki duz alınıb və bu satınalmalara 1,8 milyon manata yaxın vəsait sərf olunub. 

Belə ki, ötən ilin noyabrın 1-də "FƏZA-F" şirkətindən 2 000 ton texniki məqsədli emal edilməmiş xam duz alınıb və qurum bunun müqabilində şirkətə 248 036 manat vəsait ödəyib. 

İdarə 2023-cü ilin avqustun 9-da 2300 ton texniki duzun satın alınmasına görə "FİDAN-TN" şirkətinə 262 199,54 manat ödəniş edib. 

2022-ci ilin avqustun 19-da isə qurum tərəfindən 2300 ton texniki duz sifariş edilib və sifarişi çatdıran "FƏZA-F" şirkətinə 298 702,84 manat ödənilib. 

Sanitariya və Texniki Təmizlik İdarəsi 2020 və 2021-ci illərdə 4 dəfə texniki duz sifariş edib. 

Belə ki, İdarə 2021-ci ilin avqustun 11-də 5 000 ton xam duzun alınmasına görə "Fidan-TN" şirkətinə 599 971 manat, həmin ilin dekabrın 17-də "Ramin-AŞ" şirkətindən 1 560 ton xam duzun alınmasına görə isə şirkətə 190 320 manat ödəniş edib. 

2020-ci ilin oktyabrın 7-də qurum tərəfindən "Şamxal- MQ" şirkətindən 1 400 ton duz alınıb və buna görə şirkətə 154 000 manat ödəyib. Həmin ilin dekabrın 22-də 350 ton duza görə fiziki şəxs Ağayev Fizuli Telman oğluna 42 000 manat ödəniş edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:308
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 24 Fevral 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri