Icma.az
close
up
RU
Bakı Şəhəri İcra Hakimiyyətinin B.K.L. əməliyyatı Yeni Gündəm

Bakı Şəhəri İcra Hakimiyyətinin B.K.L. əməliyyatı Yeni Gündəm

Yenigundem saytından alınan məlumata görə, Icma.az bildirir.

İllərdir ki, Bakıya qar, yağış yağanda hansı çətinliklərlə qarşılaşırıq, heç kimə sirr deyil.

İllərdir, tənqid olunur, ancaq faydası yoxdur. Necə uyğunlaşmışıqsa, elə bil ki, arsızlaşmışıq.  Uşağı çox döyəndə sırtıldığı kimi. Biz də bu gündəyik. Sürüşürük, yıxılırıq, gülürük keçirik. Yıxıla-yıxıla böyüyürük. Hər il də eyni vəziyyət, eyni durum. Vəziyyət o yerə gəlib ki, real vəziyyət komediya səhnələrində gülüş mövzusuna çevrilib.

Mərkəzi küçələrdən başqa ətrafda yaşayış binalarının qarşısı, səkilər buz bağlayır, təmizləyən də olmur. Hələ bir sıra qəsəbələri demirəm. Binaların damından sallanan buzlar da az qala özləri seçim edir ki, düşsün yerə baş yarsın, yoxsa sakit-sakit ərisin.

Yağış yağanda tunelin su basması, iki nəfərin ölümü isə kuliminasiya oldu. Nəticə necə oldu? Kim oldu günahkar? Cəza kimin ayağına yazıldı? Söhbət əssiz – səmirsiz bağlandı. Heç, elə bil belə hadisə olmayıb. Bəs, niyə soruşan yoxdur ki, Bakının tunelində işlək vəziyyət olmalı olan suötürücülərin, motorların texniki xidmətini kim həyata keçirib? Bəs, bu iki nəfərin ölümündə kimdir günahkar? Axı, gecə toplaşmalı idiz? Necə oldu o toplantının axırı?

Küçələri süpürən qadınların hər dəfə avtomobil qəzasında həyatlarını itirməsi necə? Dəfələrlə deyildi, yazıldı, amma nə fayda? Yaxşı ki, “COP29” kimi mötəbər bir tədbirə ev sahibliyi etdik. Müasir küçə təmizləyən texnikalar gördük və elə gördük… Özü getdi xatirəsi qaldı…

İndi də yenə havalar soyuyub. Qar da yağdı, İcra hakimiyyətlərində müşavirələr keçirilir. Bakı Şəhəri icra Hakimiyyəti başçısının tapşırıq və tövsiyyələri çatdırılır.

Tapşırıq isə belədir: Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu  işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi  qərara alınıb.

Bel. Kürək, Ling. Müasir dövrün uğurlu fəaliyyəti. Acınacaqlıdır, əslində.

Hələ bu da azmış kimi bələdiyyə və özəl qurumların texnikalarına göz dikilib. Bəs, İcra Hakimiyyətinin möhtəşəm “Qış qarajı” nə işə yarayır? İllərdir, texnika alınmır? Bel, kürək, ling dövrü bitmədi?

Maraqlıdır, büdcədən maliyyələşən İcra hakimiyyətlərinin funksional vəzifəsi nədir? Daha doğrusu hazırda icra hakimiyyətləri hansı funksiyanı yerinə yetirir?

Bir zamanlar polis rəisi təyinatına belə rəy verən icra başçıları artıq elementar su, kanalizasiya, işıq, qaz məsələlərində səlahiyyətsiz qalıblar. Tabeliklərində qalan kommunal təsərrüfat birlikləri və bu birliklərin tabe olduğu Kommunal Təsərrüfatı Departamentidir.

Mənzil İstismar Sahələri isə baxımsız vəziyyətə düşüb. Amma MİS (JEK) də olan məlumat bazası deyərdim ki, bəlkə heç Pentaqonda da yoxdur. Bu baxımdan hələ də MİS -rə ehtiyac duyulur. Yəni onların işi yalnız zibil pulu toplamaq deyil.

MİS-in hasar ucaltma, 2-ci mərtəbə qaldırma, qanunsuz tikintiyə göz yummaq səlahiyyəti məhv olub. Təsir mexanizmləri itib. Diş dibində qalan şirənin sümürülməsi icra hakimiyyətlərinin özündə bir nəfərə tapşırılıb. Bu işi də o şəxsin timsalında icra başçıları şəxsən kontrol edir. Hərdən də bu şəxslərin korrupsiya ilə mübarizənin güdazına getdiyini eşidirik. Amma daha sonra nə baş verir, bu da bilinmir. Xəbərin davamı olmur. Qalır, yarımçıq. Cinayət işi açılır. Sonra baxırsan, bu adam yenidən qayıdıb öz iş yerində və eyni funksiyanı icra etməkdədir. Belə faktlar var…….

Bir çox səlahiyyətlərini itirən icra hakimiyyətləri, ələxsus da Bakı Şəhər İcra Hakimiyyətinin strukturunda hansı tabel qurumlar var?

Ticarət və Xidmət Departamenti, Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Yaşıllaşdırma Təsərrüfatı Birliyi, “Lİfttəmir” İstehsalat Birliyi, Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi, Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi, Heydər məscidi İdarəsi, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkələri Müəssisəsi, İnzibati Xidmət Obyekti, “Yaşıl Teatr” Bakı Konsert Kompleksi, “Bakımənzilkommunallayihə” Layihə İnstitutu, “Bakı-Баку” qəzeti.

Bakı Şəhər İcra Hakimiyyəti Bakının qaz, işıq, su, kanalizasiya, tikinti məsələlərində təsir mexanizmini itirsə də, yuxarıda adları sadalanan sahələrin idarəedilməsində hansı müsbət nəticələrə vara bilib? Belə çıxır ki, icra hakimiyyətinin əsas işi 1-ci ticarətə nəzarət etmək, yəni obyekt açmaq, küçəyə stol-stul düzüb alış–veriş etməkdir. Pis deyil. Obyekt icarəyə vermək kimi gözəl və əli təmiz iş yoxdur.

2-ci, məsələn, Yaşıllaşdırma Təsərrüfatı Birliyi. Ağacların əkilməsi, yaşıllığın salınması, qazonlar, şam ağacları, dekorativ kollar və ağaclar və sair və ilaxır. Nə qədər ərazi bu baxımdan Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır? Hansı kol, hansı ağac danışacaq ki, mənə su vermədilər, qurudum yenisini aldılar? Hansı dekorativ kol deyəcək ki, “vallah-billah mən heç buralıq deyildim tutub gətirib məni bura əkdilər, qurudum”… Yaxud mövsümü olmayan zamanlarda nə qədər ağac və kolların sifarişi verilib? Bu yaşıllıqların qorunması hansı dövrü əhatə edib?

Vaxt aparan suallar çoxdur. Sualıma cavab verən olsa, məmnuniyyətlə müsahibə edərdim. Brifinqdə iştiraka da razıyam. Siz (BKL) bel, kürək, linginizlə, biz də suallarımızla. Təmizləyək, buzu, qarı.Ajans.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 16 Dekabr 2024 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri