Icma.az
close
up
RU
Bakı, Sumqayıt maşın bazarları bağlana bilər KONKRET

Bakı, Sumqayıt maşın bazarları bağlana bilər KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri geniş vüsət alır. Bu proses çərçivəsində strateji qərarlardan biri kimi ölkənin ən böyük avtomobil bazarının Ağdama köçürülməsi məsələsi gündəmdədir. Mütəxəssislər bu addımın avtomobil ticarətinə və qiymətlərə təsirini də qiymətləndirirlər.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, dövlətin əsas hədəflərindən biri regionların sürətli inkişafını təmin etməkdir. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin iqtisadi dövriyyəyə qaytarılması ölkənin ümumi inkişaf tempinə əlavə güc verəcək:

“Azərbaycanın nəqliyyat infrastrukturunun genişləndirilməsi, bölgələrdə bazarların formalaşdırılması və insanların rentabelliyinin artırılması xüsusi əhəmiyyət daşıyır. Avtomobil bazarının Ağdama köçürülməsi Qarabağ iqtisadi zonasının da çiçəklənməsinə təkan verə bilər.”

Ekspert qeyd edib ki, avtomobil bazarının Ağdama yerləşdirilməsi həmin regionun alıcılıq imkanına uyğun ticarətin formalaşmasına, həmçinin xaricdən gətirilən avtomobillərin satışının orada təmin olunmasına şərait yaradacaq. Əsədovun sözlərinə görə, notariat və digər dövlət xidmətlərinin həmin ərazidə cəmlənməsi yeni bazar imicinin formalaşmasına səbəb olacaq:

“Bu addım yeni mexanizm yaradacaq və bazarın fəaliyyətini daha səmərəli hala gətirəcək. İnkişafı ləngidən heç bir amil görmürəm.”

Ekspert hesab edir ki, köçürülmə avtomobil qiymətlərində ciddi artım üçün əsas yaratmır. Əksinə, yeni bazar modelinin formalaşması rəqabəti artıraraq uzunmüddətli perspektivdə qiymətlərin stabilləşməsinə səbəb ola bilər.

Aynurə İsmayıl
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Noyabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri