Icma.az
close
up
RU
Bakı Sumqayıt qatarı niyə bu saatlarda işləmir? RƏSMİ

Bakı Sumqayıt qatarı niyə bu saatlarda işləmir? RƏSMİ

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Bakı–Sumqayıt istiqamətində hərəkət edən qatarların qrafiki ilə bağlı sərnişinlər arasında narazılıqlar səslənir. Bildirilir ki, həftəiçi günorta saatlarında qatarlar fəaliyyət göstərmir, həftəsonları isə hərəkət intervalları xeyli uzundur. Hərəkət cədvəlinə nəzər saldıqda, xüsusilə həftəsonları saat 11:00-dan 17:00-dək müəyyən boşluqların olduğu da görünür. Bəs günorta saatlarında qatarların hərəkət intervalının bu qədər uzanması hansı amillərlə bağlıdır? Xüsusilə həftəsonları bu intervalların qısaldılması gələcəkdə nəzərdə tutulurmu?

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Metbuat.az-a açıqlamasında bildirib ki, bu fasilələr mütləq olmalıdır:

“Bu fasilə texniki olaraq “pəncərə” adlanır. Texniki pəncərə ona görə olmalıdır ki, dəmiryolu infrastrukturu davamlı şəkildə yoxlanılsın. Buraya rabitə və işarəvermə qurğuları, relslər və onların müxtəlif komponentləri daxildir. Eyni zamanda, elektrik təchizatı da yoxlanılır. Bildiyiniz kimi, Abşeron dairəvi dəmir yolunda qatarlar elektrik enerjisi ilə işləyir”.

Qurum rəsmisi iş günləri günorta saatlarında və həftəsonları qatarların sayının az olmasını sərnişin tələbatının aşağı olması ilə əsaslandırıb:

“İş günləri günorta saatlarında sərnişin tələbatı azalır, buna görə də texniki pəncərə məhz bu vaxtlara salınır. Aparılan təhlillər göstərir ki, həftəsonları qatarlara tələbat nisbətən aşağı olur. Həm də davamlı olaraq qatarlara texniki baxış keçirilir. Yəni söhbət təkcə dəmiryolu infrastrukturundan deyil, həm də qatarların texniki vəziyyətindən gedir”.

B.Hacıyev qeyd edib ki, bu praktika uzun illərdir mövcuddur:

“Bu tədbirlər infrastrukturun və qatarların saz vəziyyətdə saxlanması, nəticə etibarilə sərnişinlərin mənzil başına vaxtında, rahat və təhlükəsiz çatdırılması məqsədilə görülür”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 02 Fevral 2026 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri