Bakı Sumqayıt qatarında gecikmənin səbəbi açıqlandı
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Abşeron dairəvi dəmir yolu üzrə hərəkət edən qatarda texniki nasazlıq səbəbindən Goradil stansiyasında dayandığı üçün sərnişin sürət qatarlarında gecikmələr baş verib.
Bu barədə Axar.az-a ADY-dən məlumat verilib.
"Bu səbəbdən saat 18:00-19:00 radələrində Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt marşrutları üzrə hərəkət edən qatarlarda gecikmə müşahidə olunub", - ADY-dən bildirilib.
