Icma.az
close
up
RU
Bakı Sumqayıt qatarlarında sərnişin böhranı Əlavə reyslər nə dərəcədə effektivdir?

Bakı Sumqayıt qatarlarında sərnişin böhranı Əlavə reyslər nə dərəcədə effektivdir?

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər sosial şəbəkələrdə yayılan videolara əsasən, Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarlarda, xüsusilə səhər saatlarında sərnişin sıxlığı kəskin artıb.

Sərnişinlərin vaqonlara daxil olması zamanı böyük izdiham yaranır, bəzi hallarda isə vaqonlarda hərəkət etmək belə mümkün olmur.

Məsələ xüsusilə yeni tədris ilinin başlamasından sonra aktuallaşıb. Yeni tədris ilinin ilk günündə Abşeron dairəvi dəmir yolu xəttində rekord sayda sərnişin səfəri qeydə alınıb.

Məlumat üçün bildirək ki, artan sərnişin tələbatı fonunda "Azərbaycan Dəmir Yolları” QSC də şəhərətrafı qatarların sayını artırıb. Belə ki, sentyabrın 17-dən həftəiçi şəhərətrafı qatar reyslərinin gündəlik sayı 96-dan 100-ə çatdırılıb. Sumqayıt–Pirşağı–Bakı istiqamətinə səhər saatlarında əlavə reyslər, əks istiqamətə isə əlavə qatarlar təyin edilib.

Lakin əlavə reyslərin tətbiqinə baxmayaraq, sosial şəbəkələrdə səhər saatlarında sıxlığın davam etdiyini göstərən görüntülər yayılır.

Məsələ təkcə Azərbaycana xas deyil. Böyük şəhərlərdə səhər və axşam pik saatlarında ictimai nəqliyyatın həddindən artıq yüklənməsi uzun illərdir əsas nəqliyyat problemlərindən biri hesab olunur.

Məsələn, Cənubi Koreyanın paytaxtı Seulda sərnişin sıxlığının azaldılması üçün qatarların hərəkət intervalını azaltmağa imkan verən müasir siqnalizasiya sistemlərinin tətbiqi nəzərdə tutulur. Şəhər rəhbərliyinin məlumatına görə, yeni sistemin tətbiqi nəticəsində metroda orta sıxlığın 20 faizdən çox azaldılması planlaşdırılır.

Seul metrosunda bəzi xətlərdə səhər saatlarında sıxlıq normadan xeyli yüksəkdir. Şəhərin məlumatına görə, 9-cu xəttdə səhər pik saatında müəyyən stansiyada sıxlıq 182,5 faizə, 2-ci xəttdə isə 150,4 faizə çatıb. 100 faiz qatarın tam dolu olması, 150 faizdən yuxarı göstərici isə sərnişinlərin bir-birinə sıx şəkildə dayanması kimi izah olunur.

Londonda isə sərnişin axınının idarə olunması üçün daha çox stansiyaların özündə tətbiq edilən operativ tədbirlərdən istifadə olunur. Sıxlıq yarandıqda girişlərə nəzarət, eskalatorların hərəkət istiqamətinin müvəqqəti dəyişdirilməsi və sərnişin axınının müxtəlif girişlərə yönləndirilməsi kimi üsullar tətbiq edilir.

Böyük Britaniyada isə dəmir yolu şirkətlərindən sərnişin sayı və qatarların tutumu ilə bağlı məlumatlar toplanır. Bu məlumatlar qatarların hərəkət cədvəllərinin, vaqon sayının və gələcək nəqliyyat layihələrinin planlaşdırılmasında istifadə olunur.

Dünya təcrübəsi göstərir ki, sərnişin sıxlığının azaldılması yalnız əlavə qatarların xəttə buraxılması ilə məhdudlaşmır. Qatarların hərəkət intervalının optimallaşdırılması, real vaxtda sərnişin axınının izlənməsi, siqnalizasiya sistemlərinin təkmilləşdirilməsi və pik saatlarda sərnişin axınının idarə edilməsi də əsas mexanizmlər sırasındadır.

Bakı-Sumqayıt istiqamətində sərnişin tələbatının artması fonunda isə əsas sual səhər saatlarında yaranan sıxlığın qarşısını almaq üçün əlavə reyslərin kifayət edib-etməməsidir. Xüsusilə tədris ilinin başlaması ilə sərnişin sayının artacağı əvvəlcədən məlum olduğundan, xətt üzrə pik saatlarda nəqliyyat imkanlarının tələbatla necə uyğunlaşdırılacağı diqqət çəkir.

Fəridə Əsədzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 24 Sentyabr 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri