Bakı Sumqayıt yolunda hərəkət daha rahat olacaq Ekspert DANIŞDI
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dövlət proqramına əsasən, Xırdalan şəhərindən M4-Bakı-Şamaxı avtomobil yoluna dəmir yolunun altından 3 fərqli yerdən tunellər inşa ediləcək. Bu haqda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat verib.
Bəs tunellərin inşası tıxacın azalmasına, hərəkərin intensivliyinə nə dərəcədə kömək edəcək?
Nəqliyyat eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlamasında bildirdi ki, bu, Bakı-Sumqayıt yolunda illərdir yığılıb qalan problemin həlli üçün atılan addımdır:
"Həm dövlət proqramında bu məsələ öz əksini tapıb, həm də Bakının baş planında bununla bağlı qeydlər var. Bunlar sıxlığın azaldılması, hərəkətin intensivliyinin təmin olunması üçün vacib layihələrdir. Xırdalan çox böyük bir şəhərə çevrilib, amma təəssüf ki, Xırdalan sakinləri illərdir tıxacla mübarizə aparır və tıxacda gündə ən azı bir-iki saat vaxt keçirirlər. Nəticə etibarilə Masazır, Xırdalan, Sulutəpə bu böyük yaşayış komplekslərinə çevrildikcə, yolda intensivlik artır. Bu intensivliyi də hansısa formada tənzimləmək lazımdır. Mənə elə gəlir ki, bu layihələr orada vəziyyətə çox ciddi təsir göstərəcək və gələcək perspektivdə, yəni hərəkətin intensivliyi üçün, illərlə biz bunun effektivliyini görmüş olacağıq".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 04 Mart 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















