Bakı Sumqayıt yolunda tıxacı azaldacaq
Icma.az, Azpost portalına istinadən məlumat yayır.
Bakı-Sumqayıt yolunda sıxlığın aradan qaldırılması məqsədi ilə yeni yol ötürücüsü inşa ediləcək.
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, Sumqayıt yolunda ”Ekologiya” postuna çatmadan birbaşa keçidi təmin edən yeni bağlantı yaradılacaq.
Mütəxəssislər hesab edirlər ki, yeni yol ötürücüsü nəqliyyat axınının alternativ istiqamətlər üzrə bölüşdürülməsinə imkan verəcək. Nəticədə həm Bakı-Sumqayıt magistralında, həm də Xırdalan dairəsi ətrafında sıxlıq müəyyən qədər azalacaq.
Layihə yalnız tranzit hərəkəti üçün deyil, ətraf qəsəbələrdə yaşayan sakinlər üçün də mühüm əhəmiyyət daşıyacaq.
Xüsusilə Sulutəpə, Hökməli, Qobu və Müşviqabad istiqamətində hərəkət edən sürücülər üçün həmin yol ötürcüsü alternativ marşrut hesab ediləcək.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 22 May 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















