Icma.az
close
up
RU
Bakı Sumqayıt yolunda xaos: Avtobus zolağı ləğv olunsun, yoxsa…? Açıqlama

Bakı Sumqayıt yolunda xaos: Avtobus zolağı ləğv olunsun, yoxsa…? Açıqlama

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Son günlər Bakı-Sumqayıt yolunda yeni çəkilən avtobus zolağı digər sürücülər arasında narazılıq yaradıb. Əvvəllər dörd zolaqla hərəkət edən avtomobillər indi üç zolaqda şəhərə gəlməyə məcburdur.

Bakupost.az xəbər verir ki, onlar əvvəllər 20 dəqiqəyə qət etdikləri məsafəyə indi 45 dəqiqə vaxt sərf etdiklərini deyirlər.

Yol əvvəllər də tıxaclı olsa da, zolaq sayının azalması vəziyyəti daha da xaotik edib.

Bəs ekspertlər nə düşünür?

Mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, Bakı şəhərində müxtəlif formalı və məqsədli nəqliyyat vasitələri mövcuddur. Onların əsasını isə ən çox istifadə edilən ictimai nəqliyyat – avtobus və metro təşkil edir:

“İndiyədək avtobus marşrutları üçün xüsusi zolaqlar mövcud olmayıb, lakin son 3-4 ildə bunun üzərində iş aparılıb. Elə yerlər var ki, marşrut zolağı qırılır, sonra avtobuslar böyük tıxaca düşür. Bu nöqteyi-nəzərdən, harada mümkündürsə, həmin zolaqlar çəkilir. Ümumiyyətlə, mən həmişə demişəm ki, 3 zolaqlı yollarda məqsədəuyğundur ki, avtobus marşrutları üçün xüsusi zolaq təşkil olunsun. Çünki heç olmasa iki zolaqda digər nəqliyyat vasitələri hərəkət edə bilər Bu yol 4 zolaqlıdır, ona görə bir zolağı avtobus marşrutları üçün nəzərdə tutmaq mümkündür və lazımdır. Amma ümumiyyətlə, həmin yolların intensivliyi o qədər yüksəkdir ki, 4 zolaq olsa da, olmasa da tıxac yaranır. Əlbəttə, 3 zolaq olduqda tıxac daha çox olacaq, 4 zolaq olduqda isə nisbətən azalar. Lakin başqa çıxış yolumuz yoxdur. Buna görə də şəxsi avtomobil sürücüləri narazılıq edirlər, deyirlər ki, 4-5 zolaq olsa daha rahat hərəkət edə bilərik, tıxac azalar.

İctimai nəqliyyatda gedən sərnişinlərin sayı daha çoxdur, onların gecikməsi ciddi iqtisadi ziyan yaradır. Bir var nəqliyyat vasitəsində 3 sərnişin olsun, bir də var 50-60 nəfər. 50-60 nəfərin gecikməsi ümumilikdə böyük iqtisadi ziyana gətirib çıxarar”.

F.Eyyyubov vurğulayıb ki, sözügedən ərazidə tıxacın qarşısını almaq üçün yenə də tədbirlər görülməlidir:

“Bakı şəhərinin yol hərəkətinin təşkili o demək deyil ki, elə 100 faiz konkret belə olmalıdır. Hərəkət təşkil olunduqdan sonra müəyyən monitorinqlər aparılır, analiz edilir, mənfi cəhətlər nəzərə alınır və sonra konkret olaraq yol hərəkəti tənzimlənir. Əgər tıxac çoxdursa və onun qarşısını almaq mümkün deyilsə, ola bilsin avtobus zolaqlarında dəyişiklik edilər və ya onlar ləğv olunar.

Piyadalar da istəyir ki, bəzi yollar və piyada keçidləri onların təhlükəsizliyi üçün yaradılsın, amma hər yerdə bu mümkün deyil. Şəxsi avtomobillər tıxaca görə narazıdır, sərnişinlər isə avtobuslarda xüsusi tıxaca rast gəldikdə narazılıq edirlər. Buna görə bütün narazılıqları eyni vaxtda aradan qaldırmaq mümkün deyil”.

Ekspert qeyd edib ki, tıxacın qarşısını almaq üçün əsasən üç üsul mövcuddur:


1. Operativ idarəetmə

2. Memarlıq layihələndirmə

3. İqtisadi məhdudlaşdırma (yəni nəqliyyat vasitələrinin əraziyə nisbətən az buraxılması)

Gələcəkdə Bakı şəhərində pullu yollar olacaq. Şəhərin mərkəzinə bəzi avtomobillər buraxılmayacaq. Buna görə bəzi insanlar bunu nəzərə almalıdırlar ki, iqtisadi baxımdan avtobusların gecikməsi daha çox ziyan vurur, nəinki fərdi nəqliyyat vasitələri”.

Lalə Novruz, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 14 Noyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see172

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see143

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri