Bakı Sumqayıt yolunda zəncirvari qəza: Yaralıların durumu YENİLƏNİB
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı-Sumqayıt yolunda baş verən avtoqəzada xəsarət alanların son durumu açıqlanıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən "Report"un yerli bürosuna bildirilib ki, bu gün saat 12:00 radələrində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Məlumata görə, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə yerində xəsarət alan 3 nəfərə (kişi) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və bədənin müxtəlif dərəcəli xəsarətləri diaqnozu ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
12:31
Bakı-Sumqayıt yolunda beş avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada xəsarət alanlar var.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə yolun Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, müxtəlif markalı beş avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Qəza zamanı xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 14 Yanvar 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















