Icma.az
close
up
RU
Bakı sürücülərinə daha bir “zərbə”: Biləcəri enişi bağlanır “Şamaxinka”da nə baş verəcək?

Bakı sürücülərinə daha bir “zərbə”: Biləcəri enişi bağlanır “Şamaxinka”da nə baş verəcək?

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Binəqədi rayonunda Moskva prospektinin kənar yolunun, yəni Biləcəri enişi hissəsinin təmir işləri ilə əlaqədar sentyabrın 4-ü axşam saat 20:00-dan etibarən nəqliyyatın hərəkəti üçün tam bağlanacağı açıqlanıb. Məhdudiyyətin təmir işləri başa çatanadək davam edəcəyi bildirilir. Sözügedən yolun bağlanmasının xüsusilə pik saatlarda nəqliyyat sıxlığına təsir göstərə biləcəyi gözlənilir.

Biləcəri enişinin tam bağlanması Bakı yollarında nəqliyyat sıxlığına nə dərəcədə təsir göstərə bilər? “Şamaxinka” istiqamətində yaranan tıxacların qarşısını almaq üçün sürücülərə və aidiyyəti qurumlara hansı alternativ hərəkət istiqamətləri və tədbirlər tövsiyə oluna bilər?

Redaktor.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirdi ki, həmin ərazi hərəkətin təşkilində ən ağır küçə və prospektlərdən biridir:

"Moskva prospekti və Bakı-Sumqayıt şosesinin kəsişdiyi ərazi mürəkkəb nəqliyyat infrastrukturuna malikdir və şəhərin ən gərgin hərəkət istiqamətidir. Bu səbəbdən həmin eniş hissəsinin təmir olunması digər küçə və prospektlərdəki sıxlığa müsbət təsir göstərəcək. Başqa sözlə, bu addım şəhərdə tıxacın aradan qaldırılması üçün en vacib şərtlərdən biridir. Ona görə də həmin küçədə, həmin adı çəkilən ərazidə daha tez, gücləndirilmiş iş qrafiki ilə çalışmağa zərurət var, ehtiyac var. Belə olarsa, bəli, təmir şərtləri və təmir yaxşı ola bilər, vaxtında bitə bilər. Vaxtından əvvəl, planlaşdırılan müddətdən öncə də bunu təşkil etmək ən vacib elementdir. Ona görə də məsələnin bu kimi həll yoluna mütləq baxılmalı, ən qısa müddətdə tıxaca səbəb ola biləcək təmiri başa çatdırmaq, gücləndirilmiş iş rejimində sonlandırmaq vacibdir".

Müsahibimiz qeyd etdi ki, məktəb mövsümü ilə bağlı bütün şəhərin infrastrukturunda bu və digər formada təmir işlərini sonlandırmaq və yaxud da təxirə salmaq zəruridir:

"Hal-hazırda metroda olan, metronun özünün yenidən qurulma və təmir işlərinə görə kifayət qədər sıxlıq olduğu üçün bu məsələləri müəyyən dərəcədə təxirə salmaq vacibdir".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Sentyabr 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri