Icma.az
close
up
RU
Bakı Tbilisi Bakı qatarı apreldən fəaliyyətə başlayır? AÇIQLAMA

Bakı Tbilisi Bakı qatarı apreldən fəaliyyətə başlayır? AÇIQLAMA

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı müzakirələr aparılır. Məsələ ilə bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıqlama verib. O deyib ki, sözügedən mövzu Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə olunub.

“Azərbaycan səfəri çərçivəsində biz bu mövzuda Prezident İlham Əliyevlə müzakirə apardıq. Ölkəmizə göstərdiyi diqqətə görə ona şəxsən təşəkkür etmək istəyirəm. Təbii ki, ölkələrimiz arasında yüksək mobilliyin olması prinsipial əhəmiyyət daşıyır”, - Kobaxidze deyib.

Qeyd edək ki, mətbuatda qatarın aprel ayında fəaliyyətə başlayacağı barədə xəbərlər yayılıb.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, Bakı-Tbilisi sərnişin qatarının istifadəyə verilməsi ilə bağlı müzakirələr bütövlükdə Azərbaycan-Gürcüstan arasında həm səfərlərin sayının artmasına, həm də vətəndaşların quru yoldan istifadə etməklə qarşılıqlı səfər imkanı deməkdir:

"Sözsüz, nəzərə alsaq ki, Azərbaycan üçün bütövlükdə təhlükəsizlik və eyni zamanda vətəndaşlarımızın  təhlükəsizliyi, eyni zamanda qonşu, dost ölkələrlə əməkdaşlığın gücləndirilməsi prioritetdir, bu konteksdən dəmir yolu nəqliyyatının bərpa edilməsi həm birmənalı şəkildə iki ölkə arasında turizm imkanlarının genişləndirilməsinə imkan verəcək, eyni zamanda nəzərə alsaq ki, gələn aydan turizm mövzsümü başlayır bu da öz növbəsində həm Gürcüstan vətəndaşlarının Azərbaycana gəlməsini, həm də azərbaycanlıların Gürcüstana və bu ölkə üzərindən digər xarici ölkələrə səfərinə müsbət təsir göstərəcək. Ona görə gözlənilir ki, bu həm ölkəmizə turist axınına, həm də xarici səfərlərə öz təsirini göstərəcək. Bu istiqamətdə aparılan müzakirələr iki ölkə arasında yaxınlıq səviyyəsii göstərməklə yanaşı, həm də bütövlükdə bu istiqamətdə turizm imkanlarından daha geniş istifadə imkanlarına gəlir".

Xatırladaq ki, Gürcüstan və Azərbaycan paytaxtları arasında sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martın 14-dən dayandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Fevral 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri