Bakı Tbilisi Ceyhan kəməri daşınan neftin həcmi açıqlanıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 17 iyun, AZƏRTAC
Yanvar-may aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 3,4 faiz azalaraq 15 milyon 427,4 min ton təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəqletmənin 75,5 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-may ayları ərzində bu kəmərlə neft nəqli 2,84 faiz azalaraq 11 milyon 646,1 min ton olub.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,4 faizini və ya 9711,4 min tonunu Azərbaycanda hasil edilən neft, 16,6 faizini və ya 1934,7 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Bu mövzuda digər xəbərlər:Bakı Tbilisi Ceyhan boru kəməri ilə nəql olunan neftin həcmi açıqlanıb
15 Oktyabr 2025 18:18
Bu il Bakı Tbilisi Ceyhan kəməri ilə nəql olunan neftin həcmi açıqlanıb
15 May 2025 13:03
Bakı Tbilisi Ceyhan kəməri ilə 600 milyon ton neft nəql olunub
01 May 2025 13:47
Bakı Tbilisi Ceyhan neft kəməri ilə ixracın artırılması məsələsi müzakirə edilib
29 İyul 2025 23:06
Baxış sayı:53
Bu xəbər 17 İyun 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















