Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

Pərvin Abıyevadan CAZİBƏDAR FOTOSESSİYA

Masallıda “Nadir Ağayev 90: Elm və idmanın zirvəsi” adlı elmi praktik konfrans keçirilib (VİDEO/FOTOLAR)

Pendirin beyinə faydası

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

Bakı Tbilisi Qars dəmir yolu Orta Dəhlizin Qafqaz arteriyası

Bakı Tbilisi Qars dəmir yolu Orta Dəhlizin Qafqaz arteriyası

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Dəmir İpək yolu”nun istismara verilməsindən 8 il ötür

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra region və dünya üçün əhəmiyyətli olan bir sıra layihələrin reallaşmasında həlledici rol oynayıb. Ölkəmiz Bakı-Tbilisi-Ceyhan, Bakı–Tbilisi–Ərzurum, “Cənub qaz dəhlizi”, TANAP və TAP kimi layihələrin təşəbbüskarı, eləcə də həyata keçirilməsində əsas söz sahibi olub.

Son illər Azərbaycanın nəqliyyat infrastrukturunda reallaşdırılan yenidənqurma işləri – Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi bu sahənin inkişafına güclü təkan verib. Mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan regionun tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır və ölkəmizi mühüm nəqliyyat-logistika mərkəzinə çevirir.

Azərbaycan bu gün həm də öz tranzit imkanlarını artırmağa yol açan yeni təşəbbüslərin müəllifidir. Həmin təşəbbüslərdən biri isə Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu layihəsidir. Məlum olduğu kimi, inamlı inkişaf yolu tutan, öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanın iştirakı ilə 2017-ci il oktyabrın 30-da daha bir mühüm layihə reallığa çevrildi. Həmin gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanında XXI əsrin layihələrindən olan Bakı–Tbilisi–Qars dəmir yolunun təntənəli açılış mərasimi keçirildi. Qeyd edək ki, Avropanı Asiya ilə birləşdirən bu dəmir yolu bağlantısının yaradılmasında Azərbaycanın hərtərəfli dəstəyi mühüm rol oynayıb. BTQ-nin açılışında Mərkəzi Asiya ölkələrinin iştirakı bir daha göstərdi ki, bu, tarixi əhəmiyyətə malik bir layihədir.

Ölkəmizin moderatorluğu ilə inşa edilən Bakı–Tbilisi–Qars dəmir yolunun siyasi və iqtisadi önəmi kifayət qədər böyükdür. Bu layihə təkcə Azərbaycan və region dövlətləri üçün deyil, həm də qlobal əhəmiyyətli tarixi hadisədir. BTQ Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinədək uzun bir məsafə qət edərək Azərbaycanla Türkiyəni, Şərqlə Qərbi birləşdirir.

Bu məqamda layihənin tarixcəsinə qısa nəzər salmaq yerinə düşər. Belə ki, 2004-cü il iyunun 14-də Gürcüstana rəsmi səfər edən Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında Bakı–Tbilisi–Qars dəmir yolu layihəsini dəstəklədiyini və Azərbaycanın da bu layihədə iştirak etməyə hazır olduğunu bildirib. 2005-ci il mayın 25-də isə Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri BTQ dəmir yolu xətti layihəsi haqqında bəyannamə imzalayıblar. 2007-ci il fevralın 7-də Azərbaycan Prezidentinin Gürcüstana işgüzar səfəri zamanı BTQ-nin tikintisinin başlanması ilə bağlı saziş imzalanıb. Həmin ayın 21-də isə dövlətimizin başçısı layihə ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

2007-ci il noyabrın 21-də üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda kəndində BTQ-nin təməli qoyulub. 2008-ci il iyulun 24-də isə Türkiyənin Qars şəhərində dəmir yolunun Türkiyə hissəsinin tikintisinə start verilib. Uğurla reallaşdırılan BTQ dəmir yolu xəttinin ümumi uzunluğu, təxminən, 840 kilometrdir. Bunun 500 kilometri Azərbaycan, 260 kilometri Gürcüstan, 80 kilometri isə Türkiyə ərazisindən keçir. Dəmir yolu xəttinin Gürcüstan–Türkiyə sərhədindəki hissəsində uzunluğu 5 kilometrə yaxın olan tunel inşa edilib.

Bakı–Tbilisi–Qars dəmir yolu əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin böyük uzaqgörənliyi, siyasi iradəsi və zəhməti hesabına həyata keçirilən beynəlxalq layihələr kompleksinin tərkib hissəsi olmaqla müstəqillik dövrü tariximizin ən mühüm hadisələrindən biridir. Tarixi İpək yolunun bərpası çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində böyük addım olan bu layihənin Prezident İlham Əliyevin böyük siyasi iradəsi sayəsində uğurla reallaşması Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizinin yeni səviyyədə inkişafına şərait yaradır. Ən əsası, bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanması demək idi. Çünki iqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz və ekoloji normalara tam cavab verəcək BTQ dəmir yolu xətti Şərq–Qərb nəqliyyat dəhlizinin əsas seqmentlərindən olmaqla Avrasiyada ticarət-iqtisadi münasibətlər sahəsində sıx əməkdaşlığa, regionda sosial-iqtisadi artımın sürətlənməsinə, eləcə də ölkələrin qlobal səviyyədə əməkdaşlığının genişlənməsinə böyük imkanlar verir.

BTQ dəmir yolu xətti Azərbaycanın beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrildiyinin növbəti əyani sübutudur. Bu yolla yük və sərnişinlərin Avropa və Asiyaya çatdırılması ilə yanaşı, ixrac mallarının Azərbaycan ərazisindən tranzitinin artmasına, inteqrasiya proseslərinin sürətlənməsinə, əmtəə və xidmətlərin nəqli yollarının diversifikasiyasına xidmət edir. Eyni zamanda, bu dəmir yolu Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında əvəzsiz rol oynamaqla bərabər, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini artırır.

Regionun iqtisadi inkişafına xidmət edən BTQ xalqlar arasındakı bağları gücləndirməklə ölkələrin rifahı və sabitliyi üçün möhkəm təməllər yaradıb. BTQ dəmir yolu regionda sabitliyə, iqtisadi inkişafa ən böyük töhfədir. Bu töhfənin təməlində isə Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz dostluğu və qardaşlığı dayanır. Orta Dəhlizin mühüm qolu sayılan BTQ Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını da asanlaşdırır. Bu isə sözügedən dəmir yolunun regionun ən mühüm nəqliyyat infrastrukturu olduğunu deməyə əsas verir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Bakı–Tbilisi–Qars dəmir yolunu tarixi və strateji əhəmiyyətli layihə kimi dəyərləndirib. Eyni zamanda, layihə Azərbaycan üçün siyasi, iqtisadi və strateji baхımdan da xüsusi əhəmiyyət daşıyır. Hər şeydən əvvəl, ölkəmiz bu marşrut vasitəsilə beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanı qazanıb. Belə ki, dəmir yolu ilə bir günə Qarsa, iki gün yarıma isə İstanbula getmək mümkündür. Azərbaycanın iqtisadi inkişafına mühüm töhfələr verən BTQ, həm də ölkəmizin tranzit imkanlarını xeyli artırıb.

Ölkəmiz bu nəhəng layihənin maliyyələşdirilməsində önəmli rol oynayıb. Belə ki, ABŞ və Avropa Birliyi Ermənistan amilinə görə layihəyə qarşı çıxaraq onun maliyyələşdirilməsindən imtina etdikləri üçün Azərbaycan tikintinin maliyyələşdirilməsini öz üzərinə götürüb. Bu məqsədlə qonşu Gürcüstana ildə 1 faiz dərəcəsi ilə 25 il müddətinə 220 milyon dollar kredit ayrılıb. Bütövlükdə isə BTQ-nin tikintisinin maliyyələşdirilməsinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun xətti ilə indiyədək, təqribən, 745 milyon dollar vəsait yönəldilib. Türkiyə hökuməti isə Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin ölkə ərazisindən keçən hissəsinin inşasına 345 milyon dollar ayırıb.

Yeri gəlmişkən, 2024-cü ildə Azərbaycanın sərmayələri hesabına BTQ-nin daşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Ümumilikdə isə 2017-ci il sentyabrın 7-də Tbilisidən Axalkalakiyə gedən ilk sınaq sərnişin qatarının yola salınması ilə istismarına başlanılan Bakı–Tbilisi–Qars dəmir yolu ilə uzaq Çindən yola salınan malların 15 gün müddətində Avropaya çatdırılması mümkündür. Hazırda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mühüm seqmenti olan Bakı–Tbilisi–Qars dəmir yolu ilə ildə, təqribən, 6-8 milyon ton yük daşınır. Növbəti illərdə isə polad magistralla 3 milyon sərnişin və 17 milyon ton yük daşınması nəzərdə tutulur.

M.YAQUBZADƏ,
M.CƏFƏROV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see287

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see213

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see195

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

28 Oktyabr 2025 19:10see188

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see176

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see148

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see141

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

28 Oktyabr 2025 17:06see135

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see135

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

28 Oktyabr 2025 20:42see127

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

29 Oktyabr 2025 14:18see127

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

28 Oktyabr 2025 20:13see125

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

28 Oktyabr 2025 21:07see122

Pərvin Abıyevadan CAZİBƏDAR FOTOSESSİYA

28 Oktyabr 2025 18:42see121

Masallıda “Nadir Ağayev 90: Elm və idmanın zirvəsi” adlı elmi praktik konfrans keçirilib (VİDEO/FOTOLAR)

28 Oktyabr 2025 19:06see120

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see119

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see119

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

29 Oktyabr 2025 17:41see117

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

29 Oktyabr 2025 11:37see116

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

29 Oktyabr 2025 15:54see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri