Bakı Tbilisi Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb
Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan, Türkiyə və Gürcüstan arasında "Bakı–Tbilisi–Qars dəmiryol xətti vasitəsilə yükdaşımaların təşkili haqqında" Anlaşma Memorandumu imzalanıb.
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Qazaxıstanda keçirilmiş "New Silk Way" (Yeni İpək Yolu) VII beynəlxalq nəqliyyat-logistika biznes-forumu çərçivəsində Türkiyə və Gürcüstan dəmiryol administrasiyalarının rəhbərləri ilə "Bakı–Tbilisi–Qars dəmiryol xətti vasitəsilə yükdaşımaların təşkili haqqında" Anlaşma Memorandumunu imzaladıq.
Bu sənəd BTQ marşrutunun daha sürətli və dayanıqlı, eyni zamanda, daha rəqabətədavamlı nəqliyyat xətti kimi inkişaf etdirilməsi üçün ortaq addımları müəyyən edir.
Əsas hədəflərimiz BTQ xətti boyunca sabit və proqnozlaşdırıla bilən əməliyyat rejiminin formalaşdırılması, yük sahibləri üçün şərtlərin yaxşılaşdırılması və daşımaların həcminin artırılmasıdır", - deyə o qeyd edib.
Baxış sayı:60
Bu xəbər 01 Oktyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















