Icma.az
close
up
RU
Bakı Tbilisi qatar reysi bərpa edilir: Tarix də müzakirə olundu

Bakı Tbilisi qatar reysi bərpa edilir: Tarix də müzakirə olundu

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Gürcüstanın baş nazirinin I müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Tbilisidə işgüzar səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüş keçirib. Görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini, əsas istiqamətləri və gələcək prioritetləri, həmçinin həyata keçirilən layihələri müzakirə ediblər.

"Cebheinfo.az" xəbər verir  ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Bildirilir ki, görüş zamanı Davitaşvili Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən birinin nəqliyyat sahəsində əməkdaşlıq olduğunu vurğulayıb.

"Buna görə də biz hər il bir araya gəlirik və il üçün planları müzakirə edirik. Bu gün həmkarımla görüşdə birgə layihə olan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi məsələsini müzakirə etdik - işlərin yekun mərhələsi bu il istifadəyə veriləcək. Biz, həmçinin bu infrastrukturu idarə edəcək Gürcüstan və Azərbaycan arasında birgə müəssisənin yaradılması barədə danışdıq ki, bu da bizə bu sahəni daha səmərəli yükləməyə və daha çox yük cəlb etməyə imkan verəcək", - deyə Levan Davitaşvili bildirib.

Məlumatda vurğulanıb ki, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyində keçirilən görüşdə nazir müavini Quram Quramaşvili, "Marabda-Kartsaxi" MMC-nin rəhbəri Levan Kankava, "Gürcüstan Dəmir Yolları" ASC-nin rəhbəri, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Dövlət Əmlakının Milli Agentliyinin direktoru İrakli Şengeliya iştirak ediblər.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyətinə həmçinin Azərbaycan Dəmir Yollarının sədri Rövşən Rüstəmov, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi və nümayəndə heyətinin digər üzvləri daxil olub.

Görüşdə "Orta Dəhliz"in artan roluna və onun rəqabət qabiliyyətinin artırılması və əlavə yüklərin cəlb edilməsi üçün tərəflərin fəal iştirakı ilə həyata keçirilən tədbirlərə xüsusi diqqət yetirilib. Qeyd olunduğu kimi, bu, ölkələrə daha çox əlavə dəyər yaratmağa imkan verəcək. Tərəflər, həmçinin bu il mayın 1-dən başlayacaq Gürcüstan və Azərbaycan arasında sərnişin dəmir yolu əlaqəsinin açılması məsələsini müzakirə ediblər.

"Dəmir yolu ilə sərnişindaşımaları bizim turizm üçün çox vacibdir. Azərbaycanlı həmkarımızla görüşdə cari il üçün təchizat proqnozunu da müzakirə etdik. Əlbəttə ki, maksimum koordinasiya ilə regionda və beynəlxalq səviyyədə daha rəqabətqabiliyyətli ola bilməyimiz üçün planları və baxışları bölüşmək çox vacib idi", - deyə baş nazirin birinci müavini qeyd edib.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Fevral 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri