Icma.az
close
up
RU
Bakı Tbilisi qatarının bahalı bileti ilə bağlı araşdırma başladı: Antiinhisar Agentliyi açıqladı

Bakı Tbilisi qatarının bahalı bileti ilə bağlı araşdırma başladı: Antiinhisar Agentliyi açıqladı

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı–Tbilisi–Bakı istiqamətində hərəkət edən beynəlxalq sərnişin qatarının bilet qiymətləri ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət daxil olub.

Müraciəti REAL Partiyasının sabiq sədri İlqar Məmmədov göndərib. O, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı–Tbilisi qatarı üzrə müəyyən etdiyi qiymətlərin həddən artıq baha olduğunu bildirib və məsələ ilə bağlı Agentliyə sorğu ünvanlayıb.

Agentlik müraciətə cavabında bildirib ki, Bakı–Tbilisi–Bakı istiqaməti üzrə beynəlxalq sərnişin daşımalarının qiymətləri ilə bağlı ADY tərəfindən müvafiq hüquqi akt layihələri təqdim edilib.

Hazırda həmin layihələr üzrə araşdırma və təhlillər aparılır.

Agentliyin cavabında qeyd olunur ki, Rəqabət Məcəlləsinə əsasən qiymətləri dövlət tərəfindən tənzimlənməyən məhsul və xidmətlər üzrə qiymətlər müəyyən hallarda təbii inhisar subyektinin özü tərəfindən müəyyən edilir. Lakin belə hallarda subyekt təklif olunan qiymətlər barədə rəqabət orqanına əvvəlcədən məlumat verməli və qiymətin formalaşmasına təsir edən iqtisadi amillərlə bağlı məlumatları təqdim etməlidir.

Agentlik həmçinin bildirir ki, təbii inhisar subyektlərinin müəyyən hərəkətlərinə razılıq verilməsi zamanı müştərilərin qanuni mənafelərinə mənfi təsirin yaranması, mövcud qiymətlərin artması və digər təsərrüfat subyektlərinin fəaliyyətinin məhdudlaşdırılması kimi hallar nəzərə alınır.

Rəqabət orqanı belə müraciətlərə, qaydalara əsasən, daxil olduğu gündən 30 iş günü ərzində baxır. Müəyyən hallarda bu müddət 10 iş günü təşkil edir.

Agentliyin cavabında xüsusilə vurğulanır ki, Bakı–Tbilisi–Bakı qatarının qiymətləri ilə bağlı ADY-nin təqdim etdiyi sənədlər üzrə araşdırma hələ başa çatmayıb.

Araşdırmanın nəticələri barədə məlumatın Agentliyin rəsmi internet səhifəsində mütəmadi yenilənəcəyi bildirilib.

Beləliklə, hazırda Bakı–Tbilisi qatarının bilet qiymətlərinin bahalığı ilə bağlı Agentliyin yekun qərarı yoxdur. Məsələ üzrə əsas diqqət ADY-nin təqdim etdiyi qiymətlərin iqtisadi əsaslandırılmasına yönəlib.

İlqar Məmmədovun müraciəti üzrə qəbul edilmiş qərarla razılaşmayan şəxsin inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüququnun olduğu da Agentliyin cavabında qeyd edilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Sentyabr 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see364

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see359

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see352

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see347

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see341

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see297

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see265

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see265

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see258

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see253

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see234

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see232

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see232

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see226

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see224

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see215

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see213

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see201

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see197

Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin!

13 Sentyabr 2026 02:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri