Bakı Tbilisi sərnişin qatarının bərpa olunması ilə bağlı rəsmi açıqlama
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün bəzi media resurslarında və sosial şəbəkələrdə tezliklə Bakı-Tbilisi sərnişin qatarının hərəkətinin bərpa olunacağı ilə bağlı məlumatlar yayılıb.
Yayılan xəbərlərdə deyilir ki, Azərbaycan və Gürcüstan mayın 26-da (Gürcüstanın Müstəqillik Günü) və mayın 28-də (Azərbaycanın Respublika Günü) ilk qatarı yola salmaq barədə razılığa gəliblər.
Məsələ ilə bağlı ADY-yə sorğu ünvanladıq. Qurumdan Bizim.Media-ya bildirilib ki, yayılan məlumatlar reallığı əks etdirmir:
“Koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin tətbiq olunub. Hazırda da bu rejim davam edir və ölkənin quru sərhədləri bağlıdır. Bununla əlaqədar qatarlarla beynəlxalq sərnişindaşıma fəaliyyəti 2020-ci ildən etibarən dayandırılıb”.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 30 Aprel 2025 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















