Icma.az
close
up
RU
Bakı TDTnin güclənməsinə mühüm töhfələr verir DEPUTAT

Bakı TDTnin güclənməsinə mühüm töhfələr verir DEPUTAT

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, Azərbaycanın xarici siyasətində mühüm prioritet istiqamətlərdən biri türkdilli dövlətlərlə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsidir. Bu baxımdan ölkəmizin Türk Dövlətləri Birliyi çərçivəsində fəaliyyəti xüsusi önəm kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin noyabr ayının 6-da Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə etdiyi çıxışında Təşkilatın əsasını qoymuş Naxçıvan Sazişinin imzalanmasından 15 il keçdiyini diqqət mərkəzinə çəkərək bildirdi ki, bu müddət ərzində quruma üzv ölkələr birlikdə uğurlu inkişaf yolu keçiblər.

Gununsesi.info xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, bu ilin iyul ayında dövlət başçılarının Şuşa şəhərində keçirilmiş qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir:

“Müasir dünyada güc amilinin getdikcə daha çox həlledici faktor kimi çıxış etməsi Türk dövlətləri arasında olan dostluq və qardaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyini vacib şərt kimi önə çəkir. Azərbaycanın xarici siyasəti də məhz bu məqsədə xidmət edir. Cənab Prezident öz çıxışında bir daha vurğuladı ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Bu baxımdan Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min dollar məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək”.

K.Qafarovun sözlərinə görə, Prezident İlham Əliyevin Türk dövlətləri arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq barədə səsləndirdiyi fikirlər xüsusi önəm kəsb edir:

“Bu gün bütün dünyada ən müxtəlif xarakterli təhlükələrin artdığı aşkar müşahidə olunmaqdadır. Məhz bu təhlükələrdən effektiv şəkildə müdafiə oluna bilmək üçün Türk dövlətlərinin də müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığı böyük əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı öz çıxışında məhz bu məqamı diqqət mərkəzinə çəkərək qeyd etdi ki, son dövrlər həm bu sahələrdə, həm də hüquq-mühafizə və təhlükəsizlik orqanları arasında əməkdaşlığın daha da genişlənməsi çox müsbət haldır. Təşkilata üzv ölkələrin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi, hərbi təhsil müəssisələrində qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir. Bütün bunlar Türk dünyasının öz qüdrətini artırmasına və yeni dünya düzənində önəmli güc mərkəzlərindən biri kimi yer almasına xidmət edir”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Noyabr 2024 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri