Bakı Telefon Rabitəsi məcburi auditdən yayındı
Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Bakı Telefon Rabitəsi" MMC-yə inzibati protokol yazılıb.
Pravda.az-ın xəbərinə görə, MMC barəsində protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədlinin icraatındadır.
Qeyd: MMC-nin qanuni təmsilçisi Həsən Hüseyn oğlu Ömərovdur.
Xəyal Quliyev

“Bakı Telefon Rabitəsi” sığortaçı seçib
25 Noyabr 2024 09:52
Bakı Telefon Rabitəsi ilə bağlı qərar açıqlandı
28 Noyabr 2024 10:47
Həsən Ömərovun rəhbərlik etdiyi Bakı Telefon Rabitəsi yenə cərimələndi
29 Noyabr 2024 19:58
Epidbiomed məcburi auditdən yayındı
15 Noyabr 2024 10:06

