Icma.az
close
up
RU
Bakı təsdiqlədi, Ankara üçün yaşıl işıq 32 illik qadağa aradan qalxır

Bakı təsdiqlədi, Ankara üçün yaşıl işıq 32 illik qadağa aradan qalxır

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-da baş tutan görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması və bəyannamənin imzalanmasından sonra Ankara-İrəvan münasibətləri yenidən gündəmə gəlib. Artıq prosesin gedişatında Türkiyə ilə Ermənistan arasında da sərhədlərin açıla biləcəyi, həmçinin iqtisadi-ticarət əlaqələrinin bərpasının mümkün olduğu bildirilir.

Analitiklər hesab edir ki, Ermənistanın Avropa bazarına çıxışı üçün Türkiyə ilə münasibətləri normallaşdırması və sərhədin açılması vacibdir. Lakin bu proses hələ də siyasi və təhlükəsizlik məsələləri ilə əlaqədar çətinliklərlə üzləşir.

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Türkiyə Ermənistanla quru sərhəd qapılarını Kəlbəcərin işğalından sonra – 1993-cü il aprelin 3-də bağlayıb:

“O vaxtdan etibarən rəsmi Ankara sərhədlərin açılmasının yalnız Azərbaycan ərazilərinin işğaldan azad olunmasından sonra mümkün olacağını bəyan edib. 44 günlük müharibədə əldə olunan qələbədən, xüsusilə antiterror əməliyyatlarından sonra yeni vəziyyət yaranıb və Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması üçün təmasları artırıb. Bunun üçün xüsusi nümayəndələr təyin olunub, danışıqlar aparılıb və bəzi razılaşmalar əldə edilib. Məsələn, üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması, diplomatik və rəsmi pasport sahibləri üçün viza prosedurlarının asanlaşdırılması kimi məsələlər müzakirə edilib. Lakin bu razılaşmalar işə yaramadı, çünki müharibə bitsə də, Azərbaycan və Ermənistan arasında sülh sazişi, habelə Zəngəzur dəhlizi ilə bağlı razılıq hələ əldə edilməmişdi”.

Həmçinin oxuyun:

Ağ Evdə dilə gətirilən həqiqət: Biz nələr qazandıq?


Yusif Bağırzadə

Politoloq qeyd edib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Sərdar Kılıç dəfələrlə sərhədlərin yalnız Bakı və İrəvan arasında sülh sazişinin imzalanması baş tutduqdan sonra açılacağını vurğulayıblar:

“İndi isə tamamilə yeni situasiya yaranıb. Sülh sazişinin maddələri paraflanıb, İrəvan Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamə ilə Konstitusiya dəyişiklikləri və Zəngəzur dəhlizinin açılması məsələsində öhdəliklər götürüb.

Ermənistanın Rusiya ilə münasibətlərində dəyişiklik və iqtisadi asılılıqdan çıxmaq istəyi, Türkiyəyə bu ölkənin bazarlarında nüfuzunu artırmaq üçün yeni imkanlar yaradır. Bu faktlar Türkiyə-Ermənistan sərhədlərinin açılacağı ehtimalını gücləndirir”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Avqust 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see210

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see178

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri