Icma.az
close
up
RU
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Venesuelada beynəlxalq konfransda çıxış edib VİDEO

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Venesuelada beynəlxalq konfransda çıxış edib VİDEO

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

​Azərbaycan müstəqillik uğrunda mübarizə aparan xalqlar üçün qlobal platformadır.

APA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Venesuelada keçirilən “Müstəmləkəçilik, Neokolonializm və onun nəticələri” adlı beynəlxalq konfransda çıxışında bildirib.

Abbas Abbasovun sözlərinə görə, yaradıldığı gündən etibarən BTQ BMT-nin müxtəlif qərargahlarında və dünyanın bir çox şəhərlərində 40-dan artıq beynəlxalq tədbir təşkil edib. Bu tədbirlərdə siyasi liderlər, alimlər və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gətirilərək geniş dialoq platforması yaradılıb:

“Bu gün keçirilən konfransın əsas mövzusu təşkilatımızın missiyası ilə tam uyğunluq təşkil edir. Belə ki, Bakı Təşəbbüs Qrupu (BTQ) müstəmləkəçilik və neokolonializmə qarşı aparılan qanuni mübarizəni fəal şəkildə dəstəkləyir. Bu kontekstdə, BTQ neokolonializmin reallıqlarını və onun təzahürlərini beynəlxalq ictimaiyyətə səmərəli şəkildə çatdırmağı bacarıb.

Məlum olduğu kimi, Azərbaycan 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik edib. 2023-cü ilin iyul ayında Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər Toplantısı çərçivəsində Bakıda təşkil olunan “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı beynəlxalq konfransda Dənizaşırı ərazilərin nümayəndələrinin iştirakı ilə beynəlxalq qeyri-hökumət təşkilatı statusuna malik Bakı Təşəbbüs Qrupunun yaradılmasına dair qərar qəbul edilib. Beynəlxalq hüquq və insan hüquqları prinsiplərinə tam sadiqlik nümayiş etdirən təşkilatımızın fəaliyyəti müstəmləkəçilik və neokolonializmin tamamilə ləğvinə, dekolonizasiya hüququnun təşviqinə, eləcə də müstəmləkə hökmranlığının davamlı təzahürlərindən əziyyət çəkən xalqlara dəstək verilməsinə həsr olunub.

Yarandığı gündən BTQ qlobal dekolonizasiya hərəkatında beynəlxalq səviyyədə nüfuzlu və mötəbər platformaya çevrilib. Son iki il ərzində biz BMT-nin Nyu-York, Cenevrə və Vyana qərargahlarında, eləcə də Roma, İstanbul və dekolonizasiya dialoqlarının mərkəzi kimi tanınan Bakıda 40-dan artıq beynəlxalq konfrans və yüksək səviyyəli tədbir təşkil etmişik.

Beynəlxalq tədbirlərimiz müstəmləkəçiliyin müxtəlif aspektlərinə – ekoloji, mədəni, sosial, təhsil və səhiyyə sahələrindəki təsirlərə həsr olunmuşdur. Bu tədbirlər çərçivəsində siyasi liderlər, alimlər, beynəlxalq hüquq üzrə ekspertlər, xüsusi məruzəçilər və hələ də müstəmləkə hökmranlığı altında olan ərazilərin vətəndaş cəmiyyəti təşkilatları bir araya gətirilərək geniş dialoq və əməkdaşlıq platforması yaradılıb”.

İcraçı direktor qeyd edib ki, BTQ-nin əsas nailiyyətlərindən biri 2024-cü ilin iyulunda Bakıda təşkil edilən Millətçi və Müstəqillik Hərəkatlarının Birinci Konqresinin keçirilməsi olub: “Bu tədbir çərçivəsində Fransa və Niderland müstəmləkələrindən olan müstəqillik hərəkatlarının nümayəndələri Beynəlxalq Dekolonizasiya Cəbhəsinin yaradılmasına dair təsis bəyannaməsini imzalayıblar. Bu əlamətdar addım müstəmləkə əsarəti altında fəaliyyət göstərən hərəkatların kollektiv səsini birləşdirmiş və onların beynəlxalq səviyyədə koordinasiyalı fəaliyyəti üçün möhkəm təməl olub.

Digər mühüm nailiyyətlərindən biri də BTQ tərəfindən hazırlanmış hesabatın BMT Baş Katibi tərəfindən 2025-ci ildə təqdim edilən “Afrika Mənşəli Şəxslər üçün Beynəlxalq Onilliyin Fəaliyyət Proqramının İcrası”na dair məruzəsində qeyd olunmasıdır.

Bundan əlavə, BTQ, BMT Baş Assambleyasının sessiyaları, Xüsusi Dekolonizasiya Komitəsi (C24) və Baş Assambleyanın Dördüncü Komitəsi (C4) Afrika Mənşəli Şəxslərin Daimi Forumu, BMT İnsan Hüquqları Komitəsi və BMT İnsan Hüquqları Şurası ilə əməkdaşlıq çərçivəsində yan tədbirlər təşkil edib, hökumətlərarası müzakirələrlə yanaşı, substantiv dialoqa öz töhfəsini verib.

Həmçinin COP29 çərçivəsində BTQ bir sıra tədbirlər və aksiyalar təşkil edib. Məqsəd müstəmləkəçiliyin yalnız siyasi və sosial nəticələrini deyil, həm də onun dağıdıcı ekoloji təsirlərini göstərmək idi. Missiyamız müstəmləkə hökmranlığının ekosistemləri məhv etməsi, təbii sərvətləri tükəndirməsi və ada dövlətləri və müstəmləkə asılılığında olan ərazilərin mövcudluğunu təhlükə altına qoymasını beynəlxalq ictimaiyyətin diqqətini çatdırmaq olub.

Bununla yanaşı, BTQ analitik mərkəz qismində fəaliyyət göstərərək müstəmləkəçilik və dekolonizasiya sahələrində yüksək səviyyəli tədqiqatlar və ekspert təhlilləri hazırlamaqdadır. İndiyədək hesabatlar, jurnallar və kitablar daxil olmaqla 20-dən artıq nəşr dərc edib. Bu nəşrlər arasında müstəmləkə ərazilərinin idarə olunması üzrə beynəlxalq ekspert, Korlayl Korbin tərəfindən yazılmış “Fransız müstəmləkəçiliyinin təkamülü: Siyasi və konstitusional təhlil” adlı əlamətdar əsər xüsusi əhəmiyyətə malikdir. Bakı Təşəbbüs Qrupu müstəmləkə əsarəti altında qalan xalqlara dəstək verməkdə mühüm rol oynamağa davam edir. Bu xüsusda, Azərbaycan müstəqillik və azadlıq yolunda mübarizə aparan xalqlar üçün ümid yeri və qlobal platformadır”.

https://t.me/apa_az/105470

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Oktyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see156

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see151

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri