Icma.az
close
up
RU
Bakı Tiflis xəttində strateji sinerji və yeni mərhələ

Bakı Tiflis xəttində strateji sinerji və yeni mərhələ

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Güney Qafqazda son illərdə formalaşan yeni geosiyasi konfiqurasiya fonunda Azərbaycan–Gürcüstan münasibətləri bütövlükdə bölgənin sabitlik və inkişaf modelinin əsas sütunlarından biri kimi çıxış edir. Bu münasibətlərin (özəlliklə də İlham Əliyevin 2026-cı il aprelin 6-da Gürcüstana səfəri kontekstində) incələnməsi həm tarixi ardıcıllığı, həm də perspektivləri dəyərləndirmək baxımından önəmlidir.

Bu anlamda, biz tarixi yaddaşdan strateji tərəfdaşlığadək keçən yola nəzər salmaqda haqlıyıq.

Azərbaycan–Gürcüstan münasibətləri, əlbəttə, təsadüfi siyasi yaxınlıq sayıla bilməz; bu əlaqələr dərin tarixi, etnik və mədəni təmasların üzərində qurulub. Yüzillərlə yanaşı yaşamış xalqların dövlətlər səviyyəsində nümayiş etdirdiyi qarşılıqlı güvən tarixi yaddaşın siyasi kapitala çevrilməsinin örnəyidir.

Dövlət müstəqilliyinin bərpasından sonra isə münasibətlər mərhələli şəkildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Özəlliklə ötən yüzilliyin 90-cı illərinin sonlarından etibarən Bakı–Tiflis xətti bölgədə alternativ enerji və daşıma arxitekturunun əsasını qoyub.

Azərbaycan–Gürcüstan münasibətlərinin əsas sütunlarından biri enerji işbirliyidir. Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri və Güney Qaz Dəhlizi iri iqtisadi layihələr olmaqla birgə, həm də geosiyasi transformasiya alətləridir.

İlham Əliyevin qonşu ölkəyə yeni səfəri zamanı da bu xəttin davamlılığı, genişləndirilməsi xüsusi vurğulandı. Prezidentin bəyanatında qeyd olunduğu kimi, 16 ölkəyə göndərilən Azərbaycan qazı məhz Gürcüstandan başlayır.
Bu fakt Gürcüstanın tranzit ölkə olmaq etibarı ilə, enerji təhlükəsizliyi zəncirində açar halqa olduğunu göstərir. Eyni zamanda, Azərbaycanın Gürcüstan iqtisadiyyatına qoyduğu – artıq milyonlarla deyil, milyardlarla ölçülən yatırım iki ölkə arasında iqtisadi inteqrasiyanın dərinliyini nümayiş etdirir.

Ayrıca, son illərdə “Orta Dəhliz” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsi Azərbaycan–Gürcüstan işbirliyini yeni mərhələyə çıxarıb. Bu dəhliz logistik marşrut olmaqdan daha üstün – Avrasiya məkanında yeni iqtisadi nizamın konturlarını müəyyən edən strateji platformdur.
Azərbaycan və Gürcüstan bu durumda həm də qovşaq dövlətlər rolunda çıxış edir. Çin–Avropa xəttində alternativ marşrut kimi Orta Dəhlizin önəmi artdıqca, Bakı–Tiflis tandeminin çəkisi də artır.

Əlbəttə, iki ölkə arasında münasibətlərin digər önəmli istiqaməti siyasi koordinasiyadır. Beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, ərazi bütövlüyü və suverenlik məsələlərində ortaq mövqe bu işbirliyinin fundamental prinsipidir.

Prezidentin səfər zamanı vurğuladığı kimi, biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. – Bu faktdır və bəzi başqa qonşuların da belə faktlarla çıxış etmə imkanı arzuolunandır.
Bax, belə bir yanaşma Güney Qafqazda yeni təhlükəsizlik modelinin formalaşması baxımından önəmlidir.

Azərbaycan və Gürcüstan liderlərinin qarşılıqlı səfərləri sadəcə protokol hadisəsi sayılmamalıdır – bu səfərlər münasibətlərin “nəbz”ini göstərən indikatorlardır.

Bəs son illərdə baş verən yüksək səviyyəli görüşlərdə əsas diqqət hansı istiqamətlərə yönəlib?

Yada salaq:

-enerji layihələrinin genişləndirilməsi,

-yük daşıma dəhlizlərinin şaxələndirilməsi,

-bölgəsəl təhlükəsizlik və barış prosesi və s.

Budur, 2026-cı il səfərində isə yeni element kimi üçüncü ölkələrdə birgə yatırım ideyası irəli sürüldü. Bu, artıq münasibətlərin bölgəsəl çərçivədən çıxaraq qlobal iqtisadi işbirliyinə doğru dəyişdiyini göstərir.

Bəli, Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi Güney Qafqazda yeni fürsətlər və məsuliyyətlər yaradıb. Güney Qafqaz haqq etdiyi səviyyə və səciyyəyə – barış və işbirliyi məkanına çevrilir.

Bu, bölgənin gələcəyinə, inkişaf modelinə dair konseptual yanaşmanı ifadə edir.

Azərbaycan–Gürcüstan münasibətləri həmin modelin, belə deyək, “pilot layihəsi”nə malikdir. Burada qarşılıqlı sayğı, iqtisadi çıxarlar və siyasi dəngənin sintezi müşahidə olunur.

Model münasibətlər və strateji gələcək haqqında daha nələri deyə bilərik?

Azərbaycan–Gürcüstan münasibətləri bu gün artıq klassik “qonşuluq münasibətləri” çərçivəsini çoxdan aşmışdır. Bu bağlar bölgəsəl sabitliyin dayağı, enerji təhlükəsizliyinin platformu, Avrasiya daşıma sisteminin əsas xətti, siyasi koordinasiyanın örnək modeli kimi çıxış edir.

Bəli,  Bakı ilə Tiflis arasında çəkilən xətt xəritə üzərindəki məsafədən daha irəli – Qafqazın taleyini birləşdirən strateji sinirdir. Həmin sinir nə qədər sağlam və dayanıqlı olarsa, Güney Qafqazın gələcəyi də bir o qədər sabit və ümidverici olacaq.

Dövlətimiz zaval görməsin!

Əkbər Qoşalı

Bakıvaxtı.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Aprel 2026 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri