Icma.az
close
up
RU
Bakı toz içində: Əhaliyə xəbərdarlıq edildi KONKRET

Bakı toz içində: Əhaliyə xəbərdarlıq edildi KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illər Bakıda müşahidə olunan ekoloji problemlər arasında havanın tozlanması xüsusi narahatlıq doğurur. Xüsusilə, son günlər paytaxtı bürüyən tozlu hava təkcə şəhərin görünüşünü dəyişmir, eyni zamanda minlərlə insanın sağlamlığı üçün real təhlükəyə çevrilir. Havadakı xırda toz hissəcikləri tənəffüs yollarına daxil olaraq ağciyərlərdə ciddi fəsadlara səbəb olmaqla yanaşı, göz və dəri problemlərinin də artmasına gətirib çıxarır.

Bəs havadakı tozun əsas mənbələri hansılardır, insan sağlamlığına konkret olaraq necə təsir göstərir və bu cür günlərdə vətəndaşlar özlərini necə qorumalıdırlar?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən pulmonoloq həkim Əsəd Beydullayev qeyd edib ki, tozlu hava xroniki tənəffüs yolu xəstəlikləri olan insanlarda kəskinləşmələrə səbəb olur:

Əsəd Beydullayev

“Son vaxtlar Bakıda müşahidə olunan tozlu hava xüsusilə astma və digər xroniki tənəffüs yolu xəstəlikləri olan şəxslər üçün ciddi problemlərə yol açıb. Eyni zamanda gözündə xroniki konyunktivit olan və ya allergiyadan əziyyət çəkən insanlar üçün də təhlükəlidir. Tozlu havalarda küçədə olmaq gözlərin, üst və alt tənəffüs yollarının qıcıqlanmasına və mövcud xəstəliklərin kəskinləşməsinə səbəb olur”.

Həkimin sözlərinə görə, belə hava şəraitində astma tutmaları daha tez-tez müşahidə olunur:

“Bir həkim olaraq deyə bilərəm ki, bu cür havalarda astma xəstələrinin vəziyyəti daha çox ağırlaşır. Tozun əsas səbəbləri arasında iri istehsal müəssisələrinin buraxdığı tüstü və son dövrlərdə Xəzər dənizi üzərindən gələn toz kütlələri də var. Şəhərin rəngindən də görünür ki, Bakı demək olar toz içindədir”.

Əsəd Beydullayev vətəndaşlara belə hava şəraitində ehtiyatlı olmağı tövsiyə edib:

“İmkan daxilində tozlu havalarda çöldə az olmaq, qoruyucu maskalar dan istifadə etmək vacibdir. Xroniki xəstəliyi olan şəxslər, əgər müvəqqəti olaraq dərman qəbulu dayandırılıbsa, bu dövrdə həkim məsləhəti ilə yenidən dərmanların istifadəsini artırmalıdırlar ki, kəskinləşmə ilə qarşılaşmasın”.

Mütəxəssislər bildirirlər ki, tozlu havaların qarşısının alınması ilə bağlı ekoloji tədbirlər görülməlidir. Əks halda bu cür hava şəraiti xüsusilə həssas qruplar üçün ciddi sağlamlıq problemləri yaratmağa davam edəcək.

Aynurə İsmayıl
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://konkret.az
archiveBu xəbər 31 Yanvar 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri