Icma.az
close
up
RU
Bakı Trampın Qəzza planında iştirak edə bilər? KONKRET

Bakı Trampın Qəzza planında iştirak edə bilər? KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Misirdə keçirilən Qəzza sammitinin əsas hədəfi Trampın sülh planının ikinci mərhələsinə start verilməsidir. Sammitin keçirilməsi fonunda birinci mərhələ – girovların azad edilməsi icra edilir. İkinci mərhələnin ABŞ prezidenti tərəfindən məhz sammitdə elan ediləcəyi gözənilir.

KONKRET.az xəbər verir ki, bu sözləri Asif Nərimanlı deyib:

– HƏMAS-ın tərkisilah edilməsi və Qəzzanın idarəçiliyindən çıxması;

– Qəzzanın beynəlxalq birliyin təminatında olan müvəqqəti komitə tərəfindən idarə edilməsi (gələcəkdə bölgənin Fələstin administrasiyasının idarəçiliyinə verilməsi gözlənilir) və bölgənin bərpa edilməsi;

– Regional təhlükəsizlik zəmanətlərinin verilməsi, həm İsrail, həm fələstinlilər üçün və s.

Trampın Qəzza planının ikinci mərhələsinin praktiki müstəvidə icrası ilə bağlı hələ də suallar qalır. Birinci mərhələ – girovların azad edilməsi hər iki tərəf, İsrail və HƏMAS üçün sərfəli olsa da, ikinci mərhələ haqda bunu demək çətindir:

– HƏMAS silahı buraxmaq istəmir və Qəzzanın idarəçiliyinin beynəlxalq nəzarətə verilməsini xarici müdaxilə hesab edir: qruplaşma ağır texnikadan imtina etmək qarşılığında bölgədə qalmaq variantını düşünə bilər;

– İsrail HƏMAS-ın tərkisilah edilməsinə qədər tam geri çəkilmək istəmir və Qəzzada Fələstin administrasiyasının olmasına qarşıdır;

Bu baxımdan, ABŞ-ın təşəbbüsü ilə Misirdə keçirilən Qəzza sammiti məhz planın ikinci mərhələsinin təmin edilməsi məqsədi daşıyır.

1. Qəzza planında əks olunan beynəlxalq dəstəyi praktiki mərhələyə keçirmək;

2. Beynəlxalq dəstək fonunda hər iki tərəfə – HƏMAS və İsrailə planın icrası məqsədilə təzyiq etmək;

3. Qəzzanın bərpası prosesinə müxtəlif ölkələri cəlb etmək;

Azərbaycan üçün Qəzza sammiti Prezident İlham Əliyevin iştirakı fonunda xüsusilə maraqlıdır. Əliyevin belə bir sammitə dəvət edilməsində Azərbaycanın beynəlxalq nüfuzu və Yaxın Şərqin gələcəyinin qurulmasında potensial iştirakçılardan olması rol oynayır: Bakı Qəzza münaqişəsinin faktki tərəflərindən olan Türkiyə və İsrail arasında təmasların təşkil edilməsi təcrübəsinə sahibdir və bölgədə sülhün gəlməsinə hesablanmış Tramp planında da aktiv fəaliyyət göstərə bilər. Azərbaycanın Qəzza sammitinə dəvət edilməsində iki amil də qeyd olunmalıdır.

Birincisi, Trampın yenidən aktuallaşdırdığı “İbrahim razılaşmaları”dır.

İsail və ərəb ölkələri arasında əməkdaşlığa hesablansa da, ABŞ Administrasiyasının coğrafiyanı genişləndirərək, Orta dəhliz xəttindəki ölkələri də daxil etmək istədiyi “İbrahim anlaşmaları”nda Azərbaycanın da yer alması gözləntiləri var. Tramp Qəzza planının ikinci mərhələsinə start vermək istədiyi sammitdə “İbrahim razılaşmaları”na qoşulmasını gözlədiyi Azərbaycanın liderini görmək istəyir.

İkincisi, Azərbaycan Qəzzanın bərpasında iştirak edə bilər;

Sammitdə bu məsələnin müzakirə ediləcəyi və digər iştirakçı ölkələr kimi, Azərbaycandan da bölgənin yenidən qurulmasında iştirakının istənilməsi istisna edilməməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Oktyabr 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri