Icma.az
close
up
RU
Bakı Türk Anadolu Liseyi ətrafında nələr baş verir: ərazini kim alıb?

Bakı Türk Anadolu Liseyi ətrafında nələr baş verir: ərazini kim alıb?

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sentyabrın 22-də metronun “Əhmədli” stansiyasının yaxınlığında Bakı Türk Anadolu Liseyinin yeni binasının açılış mərasimi keçirilib. Mərasimdə gün Elm və təhsil naziri Emin Əmrullayev ilə Türkiyənin milli təhsil naziri Yusuf Tekin də iştirak edib.

Bizimyol.info xəbər verir ki, sözügedən bina əvvəllər Əhmədli qəsəbəsində Şahmat məktəbinin binası olub. Elm və Təhsil Nazirliyi ilə Türkiyə Milli Təhsil Nazirliyi arasında imzalanmış protokol çərçivəsində Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin koordinasiyası ilə Şahmat Məktəbinin binası Bakı Türk Anadolu Liseyinin istifadəsinə verilib.

Liseydən bildirilib ki, Bakı Türk Anadolu Liseyində şagird sayının artması, metronun “Nizami” stansiyasının yaxınlığında – Əlibəy Hüseynzadə 77 ünvanında yerləşən hazırkı binanın tutumunun tam dolması uzun müddətdir əlavə binaya ehtiyac yaratmışdı. Bu üzdən yeni tənzimləmə həyata keçirilib.

Qərar verilib ki, liseyin 10, 11 və 12-ci sinif şagirdləri, həmçinin 9-cu siniflərdən 9-A və 9-B qrupları tədris fəaliyyətlərini sentyabrın 22-dən Əhmədli qəsəbəsindəki yeni binada davam etdirəcəklər.

Bu qərarı bir neçə gündür ki, köçürülməsi nəzərdə tutulan yuxarı sinif şagirdləri və onların valideynlərinin əksəriyyəti etirazla qarşılayıb. Onlar bildirir ki, belə bir qərar vardısa, onlara köçürülmədən 1 həftə əvvəl yox, bir il, heç olmasa, bir neçə ay əvvəl deyilməli idi. Valideynlərin sözlərinə görə, aralarında elələri var ki, liseyə yaxın olsunlar deyə, “Nizami” metrostansiyasının yaxınlığında ev kirayələyiblər.

Bundan başqa, Türkiyə universitetlərinə daxil olmaq üçün hazırlıq kursları da hazırkı binanın ətrafında yerləşir. Bu da yuxarı sinif şagirdlərinin “Əhmədli”yə getmək istəməməsinin səbəblərindən biridir:

“Burada təhsil alan şagirdlər onsuz da uzaq məsafədən gəlirlər. Əhmədli də şəhərin kənarıdır. Tıxac olan şəhərdə uşaqların vaxtı elə yollarda gedəcək. Belə çıxır ki, dərsdən çıxandan sonra yenidən hazırlıq kusrlarına görə bir də “Nizami”yə qayıtmalı olacaqlar. Bu, şagirdlərə əlavə əzab-əziyyət verməkdir. Deyirlər ki, şagird sayı çoxdur, sıxlıqdır. Haqlıdırlar. Daha məntiqli olardı ki, aşağı sinifləri köçürsünlər”.

Buraxılış sinif şagirdləri heç olmasa, onlara əvvəlki binada qalmağa icazə verilməsi üçün imza toplayıb, lisey rəhbərliyinə təqdim ediblər. Lakin müsbət cavab ala bilməyiblər.

Hələlik aşağı sinif şagirdləri Əlibəy Hüseynzadə 77 ünvanındakı mövcud binada qalsa da, onun da gələcəkdə sökülməsi istisna olunmur. Çünki o binanın ətrafı söküntü zonasıdır. Ətrafdakı bir və ikimərtəbəli binalar sökülüb.

Bizimyol.info xəbər portalının əldə etdiyi məlumata görə, Nəsimi rayonunda yerləşən həmin ərazidə söküntü aparan şirkət “Vialon” MMC-dir. Bu şirkət Cəlil Məmmədquluzadə küçəsindən Mərdanov qardaşları küçəsinədək (əvvəlki “Təzə bazar”), həmçinin Salatın Əsgərova küçəsindən (“Şirvanşah” restoranı) Sübhi Salayev küçəsinədək (Məşədi Dadaş məscidi) olmaqla ümumilikdə 8.6 hektar ərazi ayrılıb. Bakı Türk Anadolu Liseyinin mövcud binası da bu ərazinin koordinatları daxilinə düşür.

Qeyd edək ki, “Vialon” MMC-nin rəhbəri Vüqar Qasımov keçmiş deputat, tikinti və un maqnatı kimi tanınan Əsabil Qasımovun qardaşıdır.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 23 Sentyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri