Bakı Türk Anadolu Liseyində gərginlik: Valideyn və şagirdlər ayağa qalxdı VİDEO
News24 saytından alınan məlumata görə, Icma.az bildirir.
Əlibəy Hüseynzadə küçəsi, 77 ünvanında yerləşən (Nizami metrosu ilə Təzə bazarın arası) Bakı Türk Anadolu Liseyinin Əhmədli metrostansiyasının yaxınlığına köçürüləcəyi iddia olunur.
News24.az "Bakues.az"-a istinadla xəbər verir ki, liseyin köçürülməsi ilə bağlı artıq şagirdlərə və ailələrinə məlumat verilib.
Valideynlər isə bu qərara etiraz edərək, övladlarının bütün planlarının pozulduğunu və çətinliklə üzləşdiklərini qeyd edirlər. Belə ki, yeni tədris ilinin başlaması fonunda məktəblilərin əksəriyyəti kursa yazılıb. Lisey köçürüləcəyi təqdirdə onların kursla bağlı qrafikləri də pozulmuş olacaq.
Həmçinin məktəblilərin liseydən çıxması da mümkün olacaq. Çünki digər məktəblər artıq əlavə şagirdləri qəbul edə bilmir.
Valideynlər və şagirdlər bu vəziyyətə qarşı çıxaraq aksiya keçiriblər və Bakı Türk Anadolu Liseyinin başqa əraziyə köçürülməməsini tələb ediblər.
Ətraflı videogörüntüdə:


