Bakı Uşaq və Gənclər Teatrı təzə ilə premyeralarla başlayır
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Bakı Uşaq və Gənclər Teatrında yanvar ayında iki tamaşanın premyerası olacaq. Onlardan biri "Dovşanın evi" tamaşasıdır ki, müəllifi Arzu Soltan, quruluşçu rejissoru isə Əməkdar artist İntiqam Soltandır. Aygün Həsənoğlunun müəllifi olduğu "Zaman maşını" adlı ikinci tamaşanın quruluşçu rejissorları Mehman Piriyev və Rauf Hüseynlidir”.
Bu sözləri Bakı Uşaq və Gənclər Teatrının ədəbi dram hissəsinin müdiri Leyla Həşimova 525.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə Teatrda bu mövsüm "Atan ruslardır" (müəllif və rejissor İntiqam Soltan), "Axirətdən gələn zəng" (müəllif Hüseynbala Mirələmov, rejissor Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu), "Pişiklər və şirlər" (müəllif, rejissor İlhamə Əhmədova), narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Həyatla oyun" (müəllif Arzu Soltan, rejissor İntiqam Soltan) tamaşaları da hazırlanır.
L.Həşimova deyib ki, Teatr bu il M.F.Axundovun əsərlərinə də müraciət edəcək. Bu məsələ üzərində müzakirələr gedir.
Həmçinin, 2025-ci il sentyabrından başlayan, Qələbəmizin 5 illiyinə həsr olunmuş layihə bu il də davam edəcək:
“Addım-addım Vətəndə” adlanan bu layihə çərçivəsində Bakı Uşaq və Gənclər Teatrı Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, “açıq qapı” prinsipi ilə tamaşa və tədbirlər keçirir.
Qeyd edək ki, layihə Lənkəranda Lənkəran Dövlət Dram Teatrı ilə, Qusarda Qusar Dövlət Ləzgi Dram Teatrı ilə, Horadizdə Füzuli Dövlət Dram Teatrı ilə, Quzanlı qəsəbəsində Ağdam Dövlət Dram Teatrı ilə birgə həyata keçirilib. Layihəyə Bakı şəhərində bölgə teatrlarının iştirakı ilə festivalla yekun vurulması planlaşdırılıb.
Şahanə Müşfiq
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 06 Yanvar 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















