Icma.az
close
up
RU
Bakı və Abşeronda 2 həftəlik distant təhsilə keçiləcək

Bakı və Abşeronda 2 həftəlik distant təhsilə keçiləcək

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ciddi problem yaranmayacaq, çünki Covid dönəmində distant təhsilin alt yapısı formalaşıb


  “Qarşıdan distant təhsil gəlir, bahalıq səbəbindən internetdən imtina edənlər neyləyəcək? Rektorlar distantın uzun illər ləngidilməsinə və bu səbəbdən dəymiş zərərə görə hokuməti məhkəməyə verə bilərmi?”. Bu fikirlər Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə aiddir.  Məlumdur ki, "Aztelekom" 15 avqust 2024-cü il tarixindən internet tariflərini qaldırdı. Vətəndaşlar arasında bahalıq səbəbindən internetdən imtina edənlər də oldu. İmtina edən ailələrdə tələbə, məktəbli varsa, distant təhsil müddətində çətinliklə üzləşəcək. O.Gündüz məhz bu məsələyə toxunaraq bildirib ki, bir neçə gündən sonra universitetlər COP29 ilə əlaqədar olaraq distant təhsilə keçəcəklər. Distantın vacib elementlərindən biri keyfiyyətli internetdir. Şübhəsiz ki, regionlardan, kəndlərdən də distanta qoşulan tələbələr olacaq: 

- Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkədə keyfiyyətli internet infrastrukturu qurmaq üçün son 2-3 ildə bir xeyli işlər görüb. Bütün ölkə boyu ən ucqar ərazilərdə də GPON texnologiya ilə nəhəng bir internet infrastrukturu qurub. Bu isə keyfiyyətli rəqəmsal xidmət əldə etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Amma provayderlər 15 avqust tarixdən minimal internet tariflərini 40 faiz qaldırdığından regionlarda internetdən imtina edənlər və "şərikli internetə" keçənlər də oldu. Antiinhisar isə Aztelekom təbii inhisar subyektinə qarşı əsassız tarif artımı və "kartel sövdələşməsi" ittihamı üzrə  iş qaldırsa da, az qala 3 ay olur ki, bunu başa çatdıra bilməyib. Beləliklə, hazırda narahatçılıq doğuran məsələ internetdən imtina edənlərin distant təhsil prosesinə necə qoşulacağı ilə bağlıdır.Bu problemi kim həll edəcək, tələbələrə güzəştlər veriləcəkmi? Universitetlər, RİNN və ETN görəsən bununla bağlı nə düşünürlər? Fikrimcə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Təhsil Fondu Aztelekom və digər provayderlərlə birlikdə tələbələrə güzəştlər üçün müəyyən addımlar ata bilər. Yeri gəlmişkən, yenə də hökumət distant təhsil Qaydalarını təsdiqləmədən məsuliyyəti atlb Elm və Təhsil Nazirliyinin üzərinə.

  O.Gündüz qeyd edib ki, 15 ildir “Təhsil haqqında” qanunda distant təhsil forması nəzərdə tutulsa da, indiyədək bunu reallaşdırmaq mümkün olmayıb: 

- Reallaşdırmaq deyəndə, hökumət özünə lazım olanda distanta keçir, özünün təşkil etdiyi distantla öz universitetlərimizin diplomlarını tanıyır. Amma nə universitetlərimizə imkan vermir ki distant forma üzrə tələbə qəbulu keçirsin, nə də  həmin distant formada, xaricdə, Massaçusetdə, yaxud Harvardda təhsil alanın diplomlarını tanıyır. ETN son dövrlərdə qiyabini xeyli məhdudlaşdırıb, gözlənilirdi ki bunun müqabilində distant işə düşəcək. Bir neçə universitetdə bu sahəyə xeyli investisiya yatırıblarl. Lakin təəssüf ki, distant forma rəsmiləşmədiyindən bu investisiyaların geridönüşü olmadı. Universitetləriniz də məhz bu səbəbdən bu təhsil biznesinin faydalarından bəhrələnə bilmirlər, resurslar cəlb edə bilmirlər. Hətta COP29 ərəfəsində də hökumət "öz distantına" keçməyi üstün tutdu, amma ümumi Qaydaları təsdiqləmədi. Məəttəl qalıram hökumətin bu addımına. Ümumiyyətlə, məhz bununla bağlı hökumətin 15 ildə tutduğu mövqe ağlasığmazdır və heç bir ağlabatan izahı yoxdur. Düşünürəm ki, universitet rəhbərlərinin, Rektorlar Şurasının bununla bağlı məhkəməyə müraciət etməkdən başqa yolları qalmayıb.

  Təhsil məsələləri üzrə ekspert Elçin Süleymanov isə “Sherg.az"a açıqlamasında qeyd etdi ki, Bakı və Abşeronda 2 həftəlik distant təhsilə keçiləcək: 


- Düşünmürəm bu, ciddi problem yaradacaq. Çünki Bakı və Abşeronda internetin sürəti, keyfiyyəti regionlara nisbətən yüksəkdir. Ali təhsil müəssisələrinin bir çoxunda  isə Covid dönəmində distant təhsilin alt yapısı formalaşıb, tədris infrastrukturu formalaşıb. Məktəb Distant Təhsil Mərkəzi var. Müəllimlərin evdə distant dərs keçmək imkanı yoxdursa, gəlib birada dərsini keçə bilir. Bir çox universitetlərdə də bu sistemə uyğunlaşmalar var. Məsələn, Classrooom Google üzərindən, Teams-də Microsoft üzərindən , Meet Gooogle platforması üzərindən onlayn tədrisdə istifadə olunur. Bu proqramlardan istifadə etməklə distant təhsili icra edə biləcəklər. Bu proqramlaar qoşulma müəllim və tələbə heyətinin korporativ təminatı üçündür. Müddət də azdır, cəmi 2 həftə. Bu müddət ərzində ciddi bir problem olmaz hər halda.    

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Noyabr 2024 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri