Icma.az
close
up
RU
Bakı və Abşeronda gecikmiş problemin qəti həlli

Bakı və Abşeronda gecikmiş problemin qəti həlli

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Yanvarın 12-də cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə bir daha sübut etdi ki, müasir dövrdə su təkcə təbii sərvət deyil – dövlətin idarəçilik mədəniyyətinin, siyasi uzaqgörənliyinin və sosial məsuliyyətinin ölçü vahididir. Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş bu müşavirə əslində paytaxtın və yarımadanın gələcəyinə yazılan strateji sənədin ictimai təqdimatı idi.

 Cənab Prezident İlham Əliyev çıxışında ilk cümlələrdən mövzunun mahiyyətini dəqiq ifadə etdi: “Bu gün biz Bakı şəhərinin və Abşeron yarımadasının su problemlərinin həlli məsələlərini müzakirə edəcəyik. Bu, həyata keçirilən infrastruktur layihələri arasında xüsusi yer tutan məsələdir.” Bu vurğu onu göstərdi ki, söhbət lokal texniki çatışmazlıqlardan deyil, ölkənin ən böyük urbanistik məkanında həyatın dayanıqlığından gedir. Cənab  Prezident İlham Əliyevin çıxışında son 20 ilin inkişaf yoluna qısa, lakin tutumlu ekskurs edildi. Enerji, qaz, yol, su infrastrukturu sahəsində bir vaxtlar mövcud olan problemlər xatırladıldı və bu problemlərin mərhələli şəkildə necə aradan qaldırıldığı göstərildi. Dövlət başçısının sözləri ilə desək: “Bu gün bizim enerji generasiya gücümüz tələbatımızdan daha artıqdır. Azərbaycan bir neçə ildən sonra elektrik enerjisini dünya bazarlarına ixrac edəcək.” Bu fikir sadəcə statistik göstərici deyil. Bu, idarə olunan xaosdan planlı inkişaf mərhələsinə keçidin siyasi manifestidir. Cənab Prezident bu nümunə ilə su sektorunda da eyni uğurun mümkünlüyünü cəmiyyətə açıq şəkildə çatdırır. Dövlətimizin başçısının çıxışında xüsusi yer tutan mövzulardan biri də işğal dövründə su resurslarının Ermənistana siyasi təzyiq alətinə çevrilməsi idi. Dövlət başçısı bunu açıq şəkildə ifadə etdi. Bildirdi ki, “Vaxtilə Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi.” “Sərsəng” və “Suqovuşan” su anbarlarının sudan silah kimi istifadə olunması bir daha göstərdi ki, su məsələsi təkcə ekoloji yox, təhlükəsizlik məsələsidir. Bu gün həmin anbarların bərpası, yeni su anbarlarının tikilməsi Azərbaycanın suverenliyinin infrastruktur səviyyəsində bərqərar olmasının bariz nümunəsidir.

Cənab Prezidentin vurğuladığı kimi, Füzuli, Ağdam, Laçın və digər azad edilmiş ərazilərdə su təsərrüfatının yenidən qurulması bu torpaqlara yalnız insanların yox, həyatın qayıdışıdır. Dövlət başçısının çıxışında iqlim dəyişikliyi məsələsinə toxunulması təsadüfi deyil. Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, dünyada su ilə bağlı risklər artır və bu reallıq nəzərə alınmalıdır: “Əgər vaxtında bu addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər bizim üçün çox ciddi problemlər yarada bilərdi.” Bu fikirlər göstərir ki, Azərbaycan dövləti hadisələrin arxasınca getmir, onları qabaqlayan siyasət yürüdür. Yeni Dövlət Proqramı da məhz bu yanaşmanın məhsuludur. Prezident İlham Əliyev Bakı və Abşeron yarımadasının su problemlərinin uzun illər davam etdiyini gizlətmədi. Əksinə, məsuliyyətlə etiraf etdi və qəti qərar ortaya qoydu: “Vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin.” 2035-ci ilə qədər nəzərdə tutulan proqram paytaxt və ətraf ərazilər üçün tamamilə yeni su fəlsəfəsi formalaşdırır. 30-a yaxın yeni su anbarı, 100 faiz sayğaclaşdırma, fasiləsiz su təminatının 95 faizə çatdırılması, su itkilərinin kəskin azaldılması – bütün bunlar Bakının gələcək urbanistik modelini müəyyənləşdirən əsas göstəricilərdir. Leysan yağışları zamanı Bakının üzləşdiyi problemlər cənab Prezidentin çıxışında xüsusi yer aldı. Dövlət başçısı bu problemin qlobal xarakter daşıdığını desə də, zəif cəhətlərin mövcudluğunu da açıq etiraf etdi: “Buna baxmayaraq, bizim də bu sahədə zəif yerlərimiz kifayət qədər çoxdur.” 30 küçədə yeni yağış kollektorlarının qurulması, kanalizasiya şəbəkəsinin genişləndirilməsi, dənizə axıdılan suların 100 faiz təmizlənməsi şəhər mədəniyyətinin və ekoloji məsuliyyətin yeni mərhələsidir. Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqam ölkədə ilk dəfə duzsuzlaşdırma zavodunun inşası oldu. Ölkə başçısının sözləri bu layihənin mahiyyətini açır: “Bu imkan verəcək ki, biz Bakıya və Abşeron yarımadasına gələn suların həcmini artıraq.” Rəqəmsal idarəetmə sisteminin tətbiqi isə su sektorunda şəffaflığın və effektivliyin təminatıdır. Bu, həm itkilərin qarşısının alınması, həm də ictimai etimadın gücləndirilməsi deməkdir.

Yanvarın 12-də keçirilən müşavirə bir daha göstərdi ki, su məsələsi cənab Prezident İlham Əliyevin siyasi gündəmində texniki mövzu deyil, dövlətçilik məsələsidir. Bakı və Abşeron yarımadası üzrə Dövlət Proqramı yalnız boruların dəyişməsi yox, şəhərin həyat keyfiyyətinin yenidən yazılmasıdır. Bu proqram həyata keçdikcə Bakının suyu da, sabahı da daha güvənli olacaq. Çünki bu yol məsuliyyətli dövlət ağlı ilə başlayan və xalq rifahına aparan yoldur.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Yanvar 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see335

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see307

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see272

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see258

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see240

Toyda Nəfəslə bəyin rəqsi gündəm oldu (Video)

30 Avqust 2026 12:17see238

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see231

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see225

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see211

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see204

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see203

“Kurtlar vadisi”nin “Deryası”ndan “Polat” haqda şok sözlər (Foto)

30 Avqust 2026 15:51see202

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see200

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu VİDEO

30 Avqust 2026 14:52see199

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see193

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see189

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see187

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see185

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see165

Ermənistanda siyasi DƏYİŞİKLİK: Paşinyan rəqiblərinə qarşı hərəkətə keçdi

30 Avqust 2026 22:25see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri