Icma.az
close
up
RU
Bakı və Ankara razılaşdı: Ölkə yenidən qurulacaq Sərhəd planı

Bakı və Ankara razılaşdı: Ölkə yenidən qurulacaq Sərhəd planı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dekabrın 24-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan telefon danışığı zamanı liderlər Suriyanın sosial və iqtisadi inkişafı ilə bağlı birgə səy göstərilməsi barədə razılığa gəliblər.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da eyni gündə bu ölkənin Xarici İşlər Nazirliyinin Suriya üzrə İdarə rəisi Mustafa Yurdakulu ilə bir araya gəlib. Görüşdə Dəməşqə yardımların göstərilməsi məsələsi müzakirə edilib. Bütün bunlar Bakının Suriyanın yenidən qurulmasında birbaşa iştirakı kimi dəyərləndirilir. Bəzi ekspertlərin fikrincə, Türkiyə prosesdə strateji müttəfiqi olan Azərbaycanla birlikdə hərəkət etmək istəyir.

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, eks-prezident Bəşər Əsəd rejimi devrildikdən sonra Suriyanın yenidən qurulması prosesi başlanıb:

“Bu prosesdə ən böyük pay Türkiyənin öhdəsinə düşür. Dəməşqdə hakimiyyəti ələ alan qüvvələr ilə Ankaranın arası çox yaxşıdır. Onlar Türkiyə tərəfindən dəstəklənir və müdafiə olunurlar.

Ankara hər şeyə rəğmən Suriyanın bərpasında iştirak etməlidir. Çünki iki ölkə arasında 911 km. dövlət sərhədi var. Türkiyə cənub sərhədlərindəki dövlətdə sabitliyin olmasında maraqlıdır. Bu günə qədər Əsəd rejiminin mərkəzi hakimiyyəti qura bilməməsinə görə ölkə cənubdan həmişə təhdid altında olub. Hazırda fürsət yaranmışkən bunu düzəltmək lazımdır”.


Oqtay Qasımov

Politoloq bildirib ki, Suriya bu gün sözün əsl mənasında xarabalığı andırır:

“Böyük şəhərlər dağıdılıb, iqtisadiyyat çöküb, infrastrukturun yenilənməsinə ehtiyac var. Əlbəttə, bu prosesdə Türkiyə tək deyil. İlk növbədə yaxın müttəfiqi Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu mənada Bakı və Ankaranın Suriyada ortaq hərəkət etməsi mümkündür.

Azərbaycan Suriyaya humanitar yardım edəcək. Prinsipcə, rəsmi Bakı bundan öncə də Ukraynaya bənzər şəkildə yardımlar edib. Yəni Dəməşqə yardım etməsi də mümkündür”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Dekabr 2024 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri