Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Bakı və Ankara strateji əməkdaşlığı gücləndirir POLİTOLOQ DANIŞDI

Bakı və Ankara strateji əməkdaşlığı gücləndirir POLİTOLOQ DANIŞDI

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Türkiyə ilə Azərbaycan arasında münasibətlər Şuşa Bəyannaməsi əsasında müttəfiqlik səviyyəsinə yüksəlib. Bu sənəd iki ölkə arasında siyasi, hərbi, iqtisadi və digər sahələrdə ən yüksək səviyyəli əməkdaşlığı təmin edir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: "Belə bir şəraitdə Türkiyə və Azərbaycan arasında müxtəlif platformalarda mütəmadi görüşlərin keçirilməsi, telefon danışıqlarının aparılması və fikir mübadiləsinin baş tutması tamamilə təbiidir. Xüsusilə hazırkı mərhələdə regionda mövcud olan İran-ABŞ gərginliyi fonunda bu təmaslar daha da aktuallaşır.

Məlum olduğu kimi, regionda baş verən bu gərginlik dolayısı ilə həm Azərbaycana, həm də Türkiyəyə təsir edir. Bəzi hallarda hər iki ölkənin dolayı şəkildə münaqişəyə cəlb olunması cəhdləri müşahidə olunsa da, həm Bakı, həm də Ankara təmkinli və praqmatik mövqe nümayiş etdirir.

Bu baxımdan qarşılıqlı səfərlər, yüksək səviyyəli danışıqlar və ortaq yol xəritələrinin müəyyən edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Bu görüşlər təkcə mövcud risklərin qiymətləndirilməsi deyil, həm də gələcək addımların planlaşdırılması baxımından vacibdir.

Eyni zamanda, nəzərə almaq lazımdır ki, Ermənistanla sülh danışıqları prosesi də paralel şəkildə davam edir. Bununla yanaşı, Türkiyə-Ermənistan normallaşma prosesi də region üçün mühüm istiqamətlərdən biridir.

Bundan əlavə, regional kommunikasiyaların açılması, enerji layihələrinin genişləndirilməsi, nəqliyyat və logistika imkanlarının artırılması kimi məsələlər də tərəflərin gündəliyində əsas yer tutur.

Bəzi provokativ cəhdlərə baxmayaraq, Azərbaycan-Türkiyə münasibətləri sabit və davamlı şəkildə inkişaf edir. Ayrı-ayrı maraq qruplarının bu əlaqələri zəiflətmək istəklərinə baxmayaraq, hər iki dövlətin uzaqgörən və səbirli siyasəti nəticəsində bu münasibətlər daha da möhkəmlənir.

Eyni zamanda, türk dünyası çərçivəsində əlaqələrin inkişaf etdirilməsi və daha yüksək səviyyəyə çatdırılması da prioritet istiqamətlərdən biridir. Bu sahədə əməkdaşlığın genişləndirilməsi gələcək üçün mühüm strateji əhəmiyyət daşıyır.

Azərbaycan və Türkiyə arasındakı müttəfiqlik münasibətləri regional sabitliyin qorunmasında, iqtisadi inkişafın təmin edilməsində və ümumi təhlükəsizlik mühitinin gücləndirilməsində əsas amillərdən biri kimi çıxış edir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Aprel 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see455

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see330

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see318

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see303

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see302

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see297

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see273

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see259

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see256

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see236

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see230

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see221

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see221

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see218

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see209

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see207

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see204

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see203

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see198

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri