Icma.az
close
up
RU
Bakı və Ankaranın qərarı Tehranı təşvişə saldı Pezeşkiana pis xəbər

Bakı və Ankaranın qərarı Tehranı təşvişə saldı Pezeşkiana pis xəbər

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin Qars-Naxçıvan dəmir yolu layihəsinə rəsmi start verməsi regionda yeni geosiyasi dinamika yaradıb. 224 kilometrlik xətt Türkiyəni birbaşa Azərbaycanla birləşdirməklə yanaşı, İranın tranzit maraqlarını da gündəmə gətirib.

Tehranın “Armanmeli” qəzeti layihəni “İrandan yan keçmək cəhdi” kimi dəyərləndirərək, bunun ABŞ-ın vasitəçiliyi ilə davam edən sülh prosesinə təsir göstərə biləcəyini yazıb.

Qars–Naxçıvan dəmir yolu regionda güc balansını necə dəyişə bilər və bu prosesdə İran hansı strategiyanı seçəcək? Layihənin Azərbaycan-Ermənistan sülh danışıqları fonunda başladılması hansı mesajı verir?

Globalinfo.az-a danışan politoloq Xəqani Cəfərli deyib ki, layihənin inşası ilə bağlı İranın heç bir etirazı ola bilməz:

“Həmin dəmir yolunun çəkilməsi Türkiyə və Azərbaycanın suverinliyinə aid məsələdir. İranın buna etirazı Ankara və Bakının suverinliyini məhdudlaşdırmaq cəhdi kimi başa düşülə bilər. Tehran belə hərəkətlərdən çəkinməlidir. Çünki bu, Prezident Məsud Pezeşkianın İranın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması istiqamətində cəhdlərinə zərbə vurmaqdır. Tehranda buna cəhd edən qüvvələr anlamalıdırlar ki, ABŞ-ın vasitəçiliyi ilə irəliləyən Azərbaycan-Ermənistan sülh prosesinə, eyni zamanda “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu”na maneə olmaq cəhdləri ilk olaraq öz ölkələrinə zərər verəcək”.


Xəqani Cəfərli

Politoloqun sözlərinə görə, İran da Rusiya kimi Cənubi Qafqazda baş verən geosiyasi dəyişikliklərlə barışmaq məcburiyyətindədir:

“Ümumilikdə Moskva və Tehran hərbi-siyasi uğursuzluqlarının nəticəsi olaraq, həm qlobal, həm də regional məsələlərdə əvvəlki kimi söz sahibi olmadıqlarını anlayıblar. Buna görə də onlara təklif edilən mövqe ilə razılaşmaqdan başqa yolları yoxdur, əks halda, heç nə əldə edə bilməyəcəklər.

Qars–Naxçıvan dəmir yolu “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu”nun davamı hesab olunur. Bu layihə bölgənin siyasi, iqtisadi və nəqliyyat mənzərəsinə əhəmiyyətli təsir göstərəcək”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Oktyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri