Icma.az
close
up
RU
Bakı və Ankaraya qarşı planın əsas hədəfi Akyar

Bakı və Ankaraya qarşı planın əsas hədəfi Akyar

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Azərbaycan və Türkiyə arasında son günlər yaşanan gərginlik prezidentlərin sağlam düşüncəsi sayəsində sona çatdı. Böhran Azərbaycanın orta təhsil müəssisələrində bütün dinlərə aid simvolların istifadəsinin qadağan edilməsi ilə körüklənməyə başlandı. Lakin əslində illərdir “İki dövlət, bir millət” şüarı ilə davam edən münasibətlər 44 günlük Qarabağ müharibəsi ilə zirvəyə çatdıqdan sonra hədəf alınmışdı. Qəbul edilən bu qərar da fürsət kimi görüldü. təəssüf ki, həm Türkiyə, həm də Azərbaycan tərəfində bu böhranı daha da dərinləşdirmək üçün çalışanlar var idi. Amma onların səylərinin boşa çıxdığını deyə bilərik.

"Bakupost" xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, ŞKTC Girnə Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar 21 oktyabrda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi haqda danışarkən deyib.

Akyar bildirib ki, hər iki ölkənin müvafiq qurumları bu vəziyyətə səbəb olan amilləri çox yaxşı təhlil etməli və bunun bir daha baş verməməsi üçün zəruri tədbirləri sistemli və hərtərəfli şəkildə nəzərdən keçirməlidirlər.

Polkovnikin fikrincə, bu süni böhranın hədəfi aşağıdakılar ola bilər:

- Azərbaycanın Qarabağda əldə etdiyi ədalətli qələbəsinin aşındırılması, Türkiyə və Azərbaycanın qardaşlıq münasibətlərinin kəsilməsi;

- Türk Dövlətləri Təşkilatının (TDT) və Türk dünyasının bu böhrandan mümkün qədər çox təsirlənməsi.

“Hətta bu, TDT-nin təsirinin artırılmasına qarşı fəaliyyətlər kimi də qiymətləndirilir. Çünki “türklük” əvəzinə başqa anlayışların və qurumların ön plana çıxarılması TDT-yə qarşı tətbiq edilə biləcək əngəllərdən biridir.

Nəticə etibarilə, böhranın sona çatması ilə dünyanın çoxqütblü sistemə doğru dəyişdiyi bir şəraitdə TDT-nin yeni bir mərkəzə çevrilməsi istiqamətində səylərin, Azərbaycan-Türkiyə qardaşlığının qorunduğunu və Türk dünyasına qarşı təxribatın qarşısının alındığını demək olar.

Gələn həftə Ankarada keçiriləcək TDT-nin XIII Zirvə görüşündə bütün liderlərin iştirakı və qəbul ediləcək qərarlarla bu böhranı yaradan çevrələrə və ölkələrə yaxşı cavab veriləcəyi ehtimal olunur”, - Akyar qeyd edib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 Oktyabr 2026 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri