Bakı və Biləsuvarda məcburi köçkün qəsəbələrinin təmiri üçün tender elan edilib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Bakı şəhəri və Biləsuvar rayonlarında salınmış məcburi köçkün qəsəbələrində yerləşən mənzillərin, fərdi yaşayış evlərinin, binaların dam örtüyünün və qəsəbədaxili çınqıl yolun təmiri məqsədilə tender elan edilib.
"APA-Economics" xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin elan etdiyi tenderin ehtimal olunan dəyəri 1 milyon 416 min 746 manatdır.
Tenderdə iştirak haqqı 600 manatdır. Təkliflərin qəbul edilmə vaxtı 9 sentyabr 2025-ci ildə başa çatacaq. Zərflər təkliflərin qəbul edilmə vaxtının bitdiyi gün açılacaq.

Biləsuvarda məskunlaşan 11 məcburi köçkün ailəsi Cəbrayıla QAYITDI
30 Noyabr 2024 20:41
Biləsuvarda məskunlaşan daha 17 məcburi köçkün ailəsi Cəbrayıla köçürülüb
25 Dekabr 2024 22:25
Biləsuvarda məskunlaşan 11 məcburi köçkün ailəsi Cəbrayıla köçürülüb AzPolitika onlayn siyasiictimai qəzet
30 Noyabr 2024 20:30
İmişli və Biləsuvarda yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
02 Dekabr 2024 22:46

