Icma.az
close
up
RU
Bakı və İrəvan arasında 8 sentyabrda hansı məsələlər müzakirə olunacaq? ŞƏRH

Bakı və İrəvan arasında 8 sentyabrda hansı məsələlər müzakirə olunacaq? ŞƏRH

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan brifinqdə bir sıra açıqlamalar verib.

Tribunainfo.az xəbər verir ki, o, 10 noyabr razılaşmasının arxivə getdiyini, Azərbaycanla danışıqları isə sentyabrın 8-dən etibarən start götürəcəyini, habelə İsrailin qondarma “erməni soyqırımı”nı tanımasına mənfi münasibət sərgilədiyini bildirib.

Məsələni saytımıza şərh edən siyasi şərhçi Fikrət Fəraməzoğlu Paşinyanın mövcud vəziyyətə adekvat addım atdığını deyib. O bildirib ki, əsas məsələ sentyabrın 8-də başlayacaq danışıqlardır. “Bakı ilə İrəvan arasında Vaşinqton razıllaşmasına əsasən birbaşa danışıqların sentyabrda başlaması müsbət haldır. Bu uzun illərdən bəri mövcud olan problemin aradan qalxmasına kömək edəcək”.

Ekspert həmin danışıqlarda müzakirə olunacaq məsələlərə diqqət çəkib. Fəraməzoğlu bildirib ki, həmin danışıqların ilk raundu sərhədlərin demarkasiyası ilə bağlı ola bilər. “İstər Ermənistan, istərsə də Azərbaycan sərhədlərin demarkasiyasını daha çox istəyirlər. Hətta Ermənistanın xarici işlər naziri Mirzoyan son açıqlamasında bu prosesin sülh sənədinin imzalanması və Zəngəzur dəhlizinin açılmasında müstəsna rolunun olduğunu qeyd edib. Böyük ehtimalla ilk müzakirə mövzusu sərhədlərlə əlaqəli olacaq”.

O sərhədlərin demarkasiyasından sonra hansı ərazilərin geri veriləcəyini də təxmin etdiyini vurğulayıb. “Ermənistan Tovuzda və Gədəbəydə ərazilərinin olduğunu iddia edir. Söhbət Tovuz istiqamətində 10 min hektar əkin sahəsindən və Başkənddən gedir. Azərbaycan bu əraziləri geri qaytarmayacaq. Heç Ermənistan da onları almaq üçün ciddi cəhd etməyəcək. Lakin Azərbaycanın bu gün Ermənistan işğalında olan bir neçə kəndi var. Bu danışıqlarda Kərki və Yuxarı Əskipara kəndlərinin geri qaytarılması məsələsi qaldırılacaq. Düşünmürəm ki, İrəvan buna əks mövqe nümayiş etdirsin. Bunun üçün nə gücü, nə də imkanı var”.

Fəraməzoğlu sentyabr müzakirələrində Zəngəzur dəhlizi və kommunikasiyaların açılması məsələsini də müzakirə ediləcəyini düşünür. “Vaşinqtonda əsas vurğu məhz dəhliz məsələsi üzərindəydi. Azərbaycan kommunikasiyaların açılmasında maraqlı olduğunu və bunun tez zamanda başlamasını təkid edir. Ermənistan isə yolların açılmasına qarşı olmadığını, lakin tikinti işləri aparmağın vaxt apara biləcəyini qeyd edir. Güman ki, erməni tərəfi dəmir və avtomobil yolunun ABŞ-ın maliyyəsi hesabına inşa edilməsi üçün fürsət axtarır. Elə prosesin yubanması da bununla bağlıdır. Amma bütün hallarda bu danışıqların əsas predmetlərindən biri olacaq”.

Fərda Uğur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 29 Avqust 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri