Bakı və İrəvan arasında tezliklə sülh sazişinə ümid edirik
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir.
Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun yekunlarına dair keçirilən brifinq zamanı deyib.
"Türkiyə Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasına ümid edir", - o bildirib.
H. Fidanın sözlərinə görə, Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasının iqtisadi faydaları var:
"Orta Dəhlizinin həyata keçirilməsində bölgəmizin rolu son dərəcə önəmlidir. Çünki Cənubi Qafqazdakı stabillik bu dəhlizin təhlükəsizliyi baxımdan önəmlidir. Zəngəzur dəhlizi Türkiyə üçün çox vacib marşrutdur. Bu mövzuda Avropa İttifaqı ilə də iş görürük. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanandan sonra bütün bölgə ölkələri inkişaf edəcək. Buna çox yaxınıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 19 Aprel 2026 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















