Icma.az
close
up
RU
“BAKI VƏ İRƏVAN BU BARƏDƏ RAZILIĞA GƏLİBLƏR Bu görüşü tarixi adlandırmaq olar...”

“BAKI VƏ İRƏVAN BU BARƏDƏ RAZILIĞA GƏLİBLƏR Bu görüşü tarixi adlandırmaq olar...”

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Azərbaucan və Ermənistan Zəngəzur dəhlizində üçüncü tərəfin təhlükəsizlik təminatçısı olmasını müzakirə edir" 

"Azərbaycan Prezidenti İlham Əliyüvlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşünü tarixi adlandırmaq olar. Çünki Ermənistan-Azərbaycan münaqişəsi başladığı nöqtəyə qayıdıb”.

"AzPolitika" xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Əbu-Dabi görüşünün nəticlərini şərh edərkən qeyd edib. Sabiq nazir deyib ki, görüşün ilkin nəticələri onu göstərir ki, faktiki paraflanmış sülh sazişinin imzalanması Ermənistan konstitusiyasına dəyişikliklərlə bağlı Azərbaycan tərəfinin irəli sürdüyü şərtdən asılıdır.

T.Zülfüqarovun fikrincə, kommunikasiyalar mövzusu, o cümlədən Zəngəzur dəhlizi mövzusu Sülh Sazişinin mətnindən çıxarılsa da, yuxarıda qeyd olunan iclasda əsas müzakirə mövzusu olub.

Sabiq nazirin sözlərinə görə, Azərbaycan və Rusiya arasında gərginliyin səbəblərindən biri də məhz  Zəngəzur dəhlizi ilə tərəflər arasındakı fikir ayrılığı ilə bağlıdır. 

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli Bəyanatın 9-cu bəndinə əsasən Zəngəzur dəhlizində təhlükəsizliyinin təminatçısı kimi Moskva çıxış etməli idi. Ancaq İrəvanın bunu istəməməsi səbəindən 9-cu bəndinin icrasını təmin etmək mümkün olmayıb. 

"Moskvanın 10 noyabr 2020-ci il tarixli Bəyanatın 9-cu bəndinin icrasını təmin etmək istəməməsi fonunda  Ermənistan və Azərbaycan üçüncü tərəfin (bəlkə də ABŞ-nin və ya Türkiyənin) təhlükəsizliyinin təminatçısı kimi iştirakının mümkünlüyünü müzakirə etmək barədə razılığa gəliblər“- deyə, T.Zülfüqarov vurğulayıb.

Sabiq nazirin sözlərinə görə, çox guman ki, ABŞ ilə İran arasında aparılan danışıqlarda Zəngəzurla bağlı İranın "qırmızı xətləri” məsələsi aradan qaldırılıb.

“Bu görüş ehtimal etmək olar ki, Zəngəzur dəhlizinin Rusiyanın nəzarəti olmadan işləməsi məsələsini müzakirə edən ilk görüşlərdən biridir. Əgər mənim fərziyyələrim doğrudursa, bu görüşü tarixi adlandırmaq olar. Çünki Ermənistan-Azərbaycan münaqişəsi başladığı nöqtəyə qayıdıb. Bu gün az adam xatırlayır ki, ilk azərbaycanlı qaçqınlar 1987-ci ilin payızında Qafanda peyda olub Erməni millətçilərinin hücumuna məruz qalan ilk nəqliyyat xətti isə Azərbaycan Dəmir Yolları İdarəsinin Meğri hissəsi olub” - deyə, sabiq nazir bildirib.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 İyul 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri