Bakı və İrəvanın sülh sazişini vaxtında imzalaması vacibdir Litva rəsmisi
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Litva Ermənistan-Azərbaycan sülh müqaviləsinin paraflanmasını və Ağ Evdə ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə nəqliyyat əlaqələrinin bərpası ilə bağlı əldə edilən razılaşmaları alqışlayır”.
Redaktor.az xəbər verir ki, bunu Litva xarici işlər nazirinin müavini Odra Plepite Ermənistan mediasına deyib.
Nazir bildirib ki, bu, onilliklərdir davam edən münaqişənin sona çatması istiqamətində böyük irəliləyişin əlaməti olan tarixi mərhələdir:
“İndi müqavilənin vaxtında imzalanması və təsdiqlənməsi, eləcə də üçtərəfli bəyannamədə göstərilən digər öhdəliklərin tam şəkildə yerinə yetirilməsi vacibdir. Sülh hər iki ölkəyə, onların xalqlarına və bütün Cənubi Qafqaz regionuna böyük fayda gətirəcək, institutsional və sosial inkişaflar üçün yeni imkanlar yaradacaq, insanlararası əlaqələri gücləndirəcək və nəqliyyat, ticarət və enerji layihələri vasitəsilə regional kommunikasiyanı yaxşılaşdıracaq.
Davamlı razılaşma həmçinin investisiyaları, iqtisadi artımı, regional sabitliyi və Cənubi Qafqazın Avropa ilə Asiya arasında körpü rolunu artıra bilər. İnkişaf edən əməkdaşlığın ümidverici əlamətlərini görürük: Azərbaycandan Ermənistana yanacaq tranziti, mümkün ticarət mübadiləsi ilə bağlı müzakirələr və sair”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 11 May 2026 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















