Bakı və Madrid arasında konsulluq məsələləri müzakirə olunub
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İspaniya Krallığının paytaxtı Madrid şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi və İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.
XQ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Konsulluq İdarəsinin rəisi Emil Səfərov, İspaniya nümayəndə heyətinə isə Xaricdəki ispanlar və Konsulluq İşləri Baş idarəsinin rəisi Karolina Alvares rəhbərlik edib.
Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün tərəfdaş ölkə olan İspaniya ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması mövzusunda müzakirələr aparılıb.
Danışıqlar zamanı tərəflər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, həmçinin ədliyyə, hüquq mühafizə, prokurorluq, miqrasiya, təhsil və viza siyasəti sahəsində Azərbaycan və İspaniya Krallığı arasında çoxtərəfli və ikitərəfli əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 06 İyun 2026 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















