Icma.az
close
up
RU
Bakı və regionların ekoloji, urbanistik problemlərini araşdıran yeni QHT yaradılıb

Bakı və regionların ekoloji, urbanistik problemlərini araşdıran yeni QHT yaradılıb

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxt Bakının sosial-iqtisadi, ekoloji və urbanistik problemlərinin araşdırılması ilə məşğul olan yeni qeyri-hökumət təşkilatı yaradılıb.

Bu barədə Gununsesi.info–ya ictimai birliyin təşəbbüs qrupunun sədri Təbriz Ağayev məlumat verib.

Onun sözlərinə görə, “Bakı və Regionların Birgə İnkişafı” Platforması İctimai Birliyi paytaxtla regionlar arasında balanslı inkişafı təşviq edəcək, paytaxtın sosial-iqtisadi inkişafı ilə bağlı sosial-iqtisadi, ekoloji və ictimai təşəbbüslərə dəstək verəcək.

“Yaşadığmız dövrdə paytaxt Bakı çox yüklənib. Müxtəlif səbəblərdən əhalinin Abşeron yarımadasına cəmləşməsi, əmək miqrantlarının artması Bakıda çoxsaylı urbanistik problemlər ortaya çıxarıb. Hesab edirik ki, hazırkı dövrdə regional inkişafın təşviqi ilə bağlı təşəbbüslər irəli sürülməli, layihələr hazırlanmalı, yerli resurslardan səmərəli istifadənin yolları araşdırılmalıdır. Yeni yaratdığımız qurum Bakı ilə regionlar arasında balansın yaradılması, paytaxtda cəmləşən imkanların regionlara ötürülməsi ilə bağlı təşəbbüslər irəli sürəcək, infrastruktur, məşğulluq və sosial xidmətlər sahəsində fərqlərin azaldılması üçün təkliflər hazırlayacaq, dövlət proqramlarının icrasına ictimai dəstək verəcək, Bakıda və regionlarda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün layihələr həyata keçirəcək, yaşıl enerji, biomüxtəliflik və ətraf mühitin qorunması istiqamətində maarifləndirmə işləri aparacaq”-deyə, o, bildirib.

“Bakı və Regionların Birgə İnkişafı” Platforması İctimai Birliyində şəhər təsərrüfatı üzrə tanınmış ekspertlərin, ekoloqların, mühəndislərin təmsil olunduğunu vurğulayan T.Ağayev deyib ki, ictimai birlik mövcud vəziyyəti elmi və ictimai əsaslarla öyrənəcək, əhali arasında mütəmadi olaraq sorğular keçirəcək, əldə olunan nəticələr əsasında təklif və tövsiyələr hazırlayaraq müvafiq dövlət qurumlarına təqdim edəcək:

“İctimai birliyin ekspertləri paytaxtın problemlərin həlli sahəsində xarici ölkələrin müsbət təcrübəsini öyrənəcək, Bakıda sosial-iqtisadi və ekoloji problemlərin həlli, tarixi abidələrin qorunması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə təklif və dəstək verəcək. Bakı və Abşeronun aktual problemlərilə bağlı ictimai müzakirələr təşkil edəcək, bu sahədə araşdırmaların aparılmasına dəstək verəcəyik”-deyə, bildirən birlik sədrinin sözlərinə görə, paytaxtın mövcud problemlərinin həlli ilə bağlı müvafiq dövlət qurumları, bələdiyyələr və vətəndaş cəmiyyəti institutları, o cümlədən media ilə əməkdaşlıq ediləcək, ətraf mühitin qorunması, yaxşı nəqliyyatın, bərpa olunan enerjiyə keçidin təşviqi məqsədilə aksiyaların keçirilməsi nəzərdə tutulur”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Aprel 2026 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri