Icma.az
close
up
RU
Bakı və Sumqayıt taksilərinə qadağa DİLEMMASI Sürücülər niyə geri müştəri götürə bilmir?

Bakı və Sumqayıt taksilərinə qadağa DİLEMMASI Sürücülər niyə geri müştəri götürə bilmir?

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Azərbaycanda taksilərin fəaliyyətinə buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində icazə veriləcək. Sumqayıt və ya Bakı ərazisində sifarişləri yalnız bu şəhərdə qüvvədə olan buraxılış kartı ilə yerinə yetirmək mümkündür.
Beləliklə, Sumqayıt üçün buraxılış kartı olmayan maşınlar üçün bu şəhərdə, Bakı üçün buraxılış kartı olmayan maşınlar üçün isə paytaxtda sifarişlər məhdudlaşdırılır.
Son zamanlar bu məsələ ilə bağlı taksi sürücüləri problemlər yaşayırlar. Dediklərinə görə əvvəllər Bakı buraxılış kartı ilə hər yerdə işləmək mümkün olurdu. İndi belə deyil.
Redaksiyamıza müraciət edən taksi sürücülərindən birinin sözlərinə görə problem odur ki, Sumqayıtdan Bakıya gətirdiyi müştərini düşürəndən sonra, əks istiqamətə müştəri apara bilmirlər.
Buna məhdudiyyət var. Yəni taksi sürücüsü geri istiqamətə boş getməli olur:
“Mən buraxılış kartıma görə yalnız Sumqayıtda işləyə bilirəm və həmçinin, Bakıya müştəri aparmaq hüququm var. Bu halda sifariş mənim Sumqayıt buraxılışlı taksimə yönəldilir və müştərini Bakıya aparıram. Amma qayıdarkən Bakıdan Sumqayıta müştəri gətirməyə icazəm yoxdur. Bu halda taksi boş qayıdır. Əgər “Bolt” sifarişi Sumqayıt taksisinə yönəldirsə, bunun qayıtmağını da fikirləşməlidir. “Bolt”dan soruşduqda isə bu barədə məlumat vermir”.
 

Sürücü həmçinin şikayətində qeyd edir ki, Sumqayıtdan Novxanıya müştəri apardıqdan sonra da Novxanıdan Saraya müştəri götürə bilmir. Çünki bu halda da məhdudiyyət olduğu üçün avtomatik taksi boş qayıtmalı olur. Nəticə etibarilə sürücülərə Novxanıdan Saraya müştəri götürmələrinə icazə verilmir. Bu, həm müştərilərə, həm də taksi sürücülərinə ciddi problem yaradır.


Taksi sürücüləri yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdiklərini dilə gətiriblər. Qurumun qaynar xəttindən taksi sürüclərinə bilzidirlib ki, mövcud Bakı buraxılışının ləğvi üçün əvvəlcə ərizə yazmaq tələb olunub. Bakı buraxılışının ləğvi baş verdikdən sonra, taksi sürücüsü yenidən AYNA-ya müraciət etməlidir ki, Sumqayıt üçün buraxılış kartını ala bilsin. Bu proses isə 10 gün çəkir.
Taksi sürücülərinin şikayətilə əlaqədar olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. Qurumun mətbuat katibi Tural Orucov Bizim.Media-ya  açıqlamasında bildirib ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunun 20.2-ci maddəsinə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 322.0.13. bəndinə əsasən, taksi minik avtomobili ilə sərnişin daşımalarının buraxılış kartında müəyyən edilən ərazi hüdudlarından kənarda həyata keçirilməsinə görə 50 manat cərimə nəzərdə tutulub.
Tural Orucovdan sürücülərin buraxılış kartlarındakı ərazinin dəyişdirilməsi barədə də məlumat almaq istədik, lakin qurum rəsmisi bu suallarımıza qeyri-müəyyən cavablar verib.
Mövzunu diqqətdə saxlayacağıq...
Fatimə Əliyeva, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Yanvar 2026 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see450

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see212

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see194

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see176

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see151

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see141

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri