Bakı və Sumqayıtda avtomobil qaçıran şəxslər SAXLANILDI
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Noyabrın 30-da səhər saatlarında Ceyranbatan qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 22 yaşlı C.Məmmədli avtomobillə birgə saxlanılıb.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisindən “VAZ-2106” markalı avtomobil qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı Z.Məmmədov müəyyən olunaraq saxlanılıb. Avtomobil Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində aşkar olunub.
Faktlarla bağlı araşdırmalar aparılır.
Bizim.Media
Baxış sayı:129
Bu xəbər 02 Dekabr 2024 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















