Bakı Xankəndi velosiped yarışının marşrutu ölkəmizin 21 rayon və şəhərindən keçəcək
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışında 21 komandanın iştirakı artıq rəsmiləşib. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov məlumat verib.
Onun sözlərinə görə, yarışda ümumilikdə maksimum 25 komandanın iştirakı nəzərdə tutulur və hazırda 20-yə yaxın komanda turnirə qatılmaq üçün müraciət edib. İştirakçı komandaların yekun siyahısının yanvar ayının sonunadək formalaşdırılacağı bildirilib. Sahib Ələkbərov qeyd edib ki, yarışda dünyanın bütün qitələrindən komandalar iştirak edəcək və onlar üç kateqoriya üzrə – dünya səviyyəli, peşəkar və qitə komandaları kimi təmsil olunacaqlar.
Vitse-prezident bildirib ki, “Bakı–Xankəndi” velosiped yarışı beş mərhələdən ibarət olacaq və marşrut ölkənin 21 rayon və şəhərini əhatə edəcək.
Yarışın birinci mərhələsi “Sea Breeze”dən start götürəcək. Velosipedçilər Bakının görməli yerlərindən keçərək 158,7 kilometr məsafəni qət etdikdən sonra Sumqayıtın mərkəzi meydanında finişə çatacaqlar.
İkinci mərhələ də “Sea Breeze”dən başlayacaq. İdmançılar Bakı–Şamaxı–İsmayıllı marşrutu üzrə hərəkət edərək 193,2 kilometr məsafədən sonra İsmayıllıda finiş xəttini keçəcəklər.
Üçüncü mərhələdə Qəbələdən start alan velosipedçilər Oğuz və Şəki rayonlarından keçməklə 163,3 kilometrlik məsafəni qət edərək Mingəçevir şəhərində yarışı başa vuracaqlar.
Dördüncü və beşinci mərhələlər isə yarışın əsas özəlliyi kimi işğaldan azad edilmiş ərazilərdən keçməsi ilə seçilir. Dördüncü mərhələ Gəncədən start götürəcək, Göygöl və Goranboydan keçərək Suqovuşan və Talış ərazilərini əhatə edəcək və Naftalan şəhərində finiş olacaq. Bu mərhələnin uzunluğu 152,7 kilometr təşkil edəcək.
Beşinci, yekun mərhələ isə Tərtərdən başlayacaq. Velosipedçilər Ağdam, Füzuli və Şuşa şəhərlərindən keçdikdən sonra 181,3 kilometr məsafəni qət edərək Xankəndi şəhərində finişə çatacaqlar.
Qeyd edək ki, “Bakı–Xankəndi” beynəlxalq velosiped yarışı 2026-cı il mayın 10-dan 14-dək keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 23 Dekabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















