Icma.az
close
up
RU
Bakı Xeyriyyə Vyana Balı keçirilib

Bakı Xeyriyyə Vyana Balı keçirilib

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Fevralın 27-də Fairmont Baku, Flame Towers otelində ilin ən maraqla gözlənilən tədbirlərindən biri - Bakı Xeyriyyə Vyana Balı baş tutub. Zərifliyin və ənənələrin xeyriyəçiliklə qovuşduğu bu möhtəşəm gecə, bir daha mədəniyyətin, gözəlliyin və xeyirxahlığın rəmzi kimi özünü önə çıxarıb. 
Ənənələr Dünyanı birləşdirir

Vyana meriyasının və Avstriyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilən balın qonaqları mədəni dialoqun bir hissəsinə çevrildilər. Valsın füsunkar melodiyaları, eleqant geyimlər və aristokratik atmosfer gecə iştirakçilarını sanki zamanın ötəsinə ekskursiya imkanı yaradıb. Keçmişə qayıdış və Vyana tarixinə, o məşhur Vyana ballarına epik səfər edilib.

Vyana Balı gecəsinin ölkəmizin paytaxtında baş tutmasının mühüm üstünlükləri var. İştirakçilar hər iki ölkənin geniş tarixi və mədiyyyət əlaqələrindən xəbərdar olur, əməkdaşlığa sevinir və bunu dəstəkləyir. İştirakçıların müsbət rəyləri və Balda xeyriyyə dəstəkləri bunu sübut edir. Vyana Bal gecəsi unudulmaz anlar yaşadıb.

Təntənəli açılış və gecənin qəhramanları ənənəyə sadiq qalaraq açılış bal debütantlarının çıxışı ilə başlayıb. Bu, onların ali cəmiyyətə ilk addımlarını simvolizə edib. Bakı Kamera Orkestrinin (İMEC) müşayəti ilə səslənən zərif musiqi bal gecəsi boyunca iştirakçiların, qonaqların ürəklərinə və ruhlarına Vyana gecələrinin sehri yayılıb. Balın təntənəli qonaqları və gecənin qəhramanları arasında Azərbaycan Respublikasının Əməkdar artisti Nərgiz Kərimova və aparıcı Emin Musavi də iştirak ediblər. Nərgiz Kərimovanın ifası gənc iştirakçıların və xüsusi qonaqların könlünü oxşayıb. 

Əsl Vyana Balında hər zaman Kral və onun Kraliçası daha sonrasında isə Şəhzadə və onun Şəhzadə xanımı seçilir. Bu ənənəyə Bakı Bal gecəsində də sadiq qalınıb. Qeyd edək ki, seçim iştirakçilarin fəaliyyəti və göstərdikləri xeyriyyəyə əsasən tənzimlənir. Seçimi Bakı Xeyriyyə Vyana Balının təşkilat komitəsinin debütantları tərəfindən seçilib.

Balın Şəhzadəsi və onun Şəhzadə xanımı Murad Ələkbərli və Angelina Post Mahmudova (European Azerbaijan School-un şagirdləri) seçiliblər.

Balın Kralı isə aparıcı, fəaliyyəti və iştirakı ilə ön sıralarda olan Azərbaycanın Əməkdar jurnalisti Emin Musavi olub. Balın Kraliçası adına Azərbaycanın Əməkdar Artisti Nərgiz Kərimova layiq görülüb. 

Xeyriyyəçilik bu zərif gecənin əsas mahiyyətidir. Tədbir çərçivəsində təşkil olunan hərracdan əldə edilən gəlir Heydər Əliyev Fondu və SOS Children’s Villages beynəlxalq təşkilatına ianə edilərək, qayğı və dəstəyə ehtiyacı olan uşaqlara yönləndirilib.
Balın təşkilatçıları – The One in a Million biznes – klubu və onun Bakıdakı tərəfdaşı Lidiya Əliyeva – Şestak vurğulayıblar ki, onların əsas məqsədi təkcə mədəni ənənələri qorumaq deyil, həm də insanları incəsənət vasitəsilə bir araya gətirərək beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir.

Bu möhtəşəm Balın tərəfdaşları kimi Fairmont Baku, Flame Tovers, Bentley Baku, Savalan Aspi Vinery, Freyville, Victoria Katsadze Cosmetics, BUKETERIA çıxış ediblər. Həmçinin VODAVODA, "European Azerbaijan School", "Sun Group Holding (MORE&MORE, Eva restorantları)", "Forte Village, Palazzo Fiuggi", "Compass İnternational Activity of Contacts", "Selebra concept store KARUNAS Energy Cloth", "İryna Tretiyak", "DONNA", "Biz Network Serve & Connect Global Dost", "Shanshal" və "CHOCOBON" da gecənin ərsəyə gəlməsinə yardımçı olublar.

Havar Şəfiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Mart 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri