Icma.az
close
up
RU
Bakı “yaşıl dalğa” rejiminə keçir

Bakı “yaşıl dalğa” rejiminə keçir

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib.

Qurumdan Lent.az-a  daxil olan müraciətdə qeyd olunur ki, yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxt yollarında, xüsusilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin hərəkət intensivliyinin artması gözlənilir.

Müşahidələr göstərir ki, övladlarını təhsil ocaqlarına avtomobillə gətirən bəzi valideynlər və özü sürücü olan tələbələr əksər hallarda yol hərəkəti qaydalarına əməl etmirlər. Bu səbəbdən də təhsil müəssisələrinin yaxınlığında olan yollarda, eləcə də həmin yollara bitişik digər küçə və prospektlərdə süni nəqliyyat sıxlıq yaranır. Belə hallar ictimai nəqliyyatdan istifadə edən digər hərəkət iştirakçılarının da yollarda əlavə vaxt itirməsinə gətirib çıxarır.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi valideynlərə və tələbələrə müraciət edərək, xüsusilə təhsil müəssisələrinin ətrafında yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.

Onlardan xahiş olunur ki, nəqliyyat vasitələrini dayanma və durmanın qadağan edildiyi yerlərdə, yolun hərəkət hissəsinin ikinci cərgəsində, ictimai nəqliyyatın dayanacaq məntəqələrində və digər hərəkət iştirakçılarına maneə yaradacaq şəkildə saxlamasınlar. Avtomobillərin mümkün qədər yerüstü və yeraltı dayanacaqlarda, eləcə də müəyyən edilmiş parklanma yerlərində saxlanılması tövsiyə olunur.

Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yol polisi əməkdaşları ilə birgə paytaxtda yerləşən təhsil müəssisələrinin qarşısı və digər küçə və prospektlərdə yollar nəzarətdə saxlanılacaq.

Süni nəqliyyat sıxlığının yaranmasına səbəb olan hallar müşahidə edildikdə, onların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi təmin olunacaq. Eyni zamanda, nəqliyyat axınının fasiləsizliyini təmin etmək məqsədilə müxtəlif istiqamətlər üzrə svetoforlara “yaşıl dalğa” rejimi tətbiq ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 Sentyabr 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri